عن أبي صِرْمة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«مَنْ ضَارَّ ضَارَّ اللهُ بِهِ، وَمَنْ شَاقَّ شَقَّ اللهُ عَلَيْهِ».
المزيد
Əbu Sirmadan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Kim bir müsəlmana zərər verərsə, Allah da ona zərər verər. Kim bir müsəlmanı çətinliyə salarsa, Allah da onu çətinliyə salar."