1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Həqiqətən izzət və cəlal sahibi olan Allah sizi atalarınızın adına and içməyi qadağan edir

عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِنَّ اللهَ عَزَّ وَجَلَّ يَنْهَاكُمْ أَنْ تَحْلِفُوا بِآبَائِكُمْ»، قَالَ عُمَرُ: فَوَاللهِ مَا حَلَفْتُ بِهَا مُنْذُ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنْهَا ذَاكِرًا وَلَا آثِرًا.

Ömər bin Əl-Xəttabdan (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
"Həqiqətən izzət və cəlal sahibi olan Allah sizi atalarınızın adına and içməyi qadağan edir", Ömər dedi: Vallahi, Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) bu qadağanı eşitdikdən bəri nə öz sözüm olaraq, nə də nəql olaraq bu cür and içmədim.

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihu Muslim - 1646

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər vermişdir ki, uca Allah ataların adına and içməyi qadağan edir, ona görə də kim and içmək istəyirsə, ancaq Allaha and içsin, Ondan qeyrisinə and içməsin. Sonra Ömər bin Əl-Xəttab (Allah ondan razı olsun) Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) bu qadağanı eşitdiyi andan nə qəsdən, nə də başqasından nəql olaraq Allahdan qeyrisinə and içmədiyini söyləmişdir.

Hədisin faydalarından

  1. Allahdan qeyrisinə and içmək haramdır. Burada ataların adına and içmək adəti xüsusi qeyd olunur, çünki bu növ andiçmə cahiliyyə dövrünün adətlərindəndir.
  2. And içmə: Hər hansı bir məsələnin yəqinliyi və təsdiqi üçün Allaha, Onun adlarına, sifətlərinə and içmək.
  3. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əmrinə dərhal tabe olması, gözəl anlayışı və qadağadan çəkinməsi Ömərin (Allah ondan razı olsun) fəzilətinin göstəricisidir.

Tərcümələrə baxmaq

59 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية