1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ رَسُولِ اللهِ صلى الله عليه وسلم أنه قال:
«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ».

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar".

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 153

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Allaha and içir ki, bu ümmətdən istər yəhudi, istər xristian, istərsə də başqa bir millətin nümayəndəsinə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) İslama çağırışı, dəvəti çatarsa, sonra ona iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olub, orada əbədi qalar.

Hədisin faydalarından

  1. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) risalətinin (çağırışının) bütün aləm üçün ümumiliyi, ona tabe olmağın vacibliyi və onun şəriəti ilə artıq bütün digər şəriətlərin qanunlarının ləğv olması.
  2. Kim Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) küfr edərsə, onun digər peyğəmbərlərə (Allahın salavatı və salamı onların üzərinə olsun) iman gətirmək iddiası ona heç bir fayda verməz.
  3. Kim Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında eşitməyibsə və İslam dəvəti ona çatmamışsa, üzrlüdür və axirətdə onun aqibəti Uca Allaha aiddir.
  4. Ölümə yaxın olsa belə, hətta ağır xəstəlik zamanı, taki can boğaza çatmayınca İslamı qəbul edib bəhrələnmək mümkündür.
  5. Yəhudi və xristianlar da daxil olmaqla kafirlərin dinini doğru saymaq küfrdür.
  6. Hədisdə yəhudi və xristianın qeyd edilməsi - digər kafirlərə də xəbərdarlıqdır. Çünki yəhudi və xristianların kitabı var, əgər onlara xəbərdarlıq edilirsə, kitabı olmayanlar bu xəbərdarlığa daha çox layiqdirlər və onların hamısının Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dininə daxil olub ona itaət etmələri vacibdir.

Tərcümələrə baxmaq

59 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية