عَنْ سَهْلُ بْنُ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ يَوْمَ خَيْبَرَ:
«لَأُعْطِيَنَّ هَذِهِ الرَّايَةَ غَدًا رَجُلًا يَفْتَحُ اللَّهُ عَلَى يَدَيْهِ، يُحِبُّ اللَّهَ وَرَسُولَهُ وَيُحِبُّهُ اللَّهُ وَرَسُولُهُ»، قَالَ: فَبَاتَ النَّاسُ يَدُوكُونَ لَيْلَتَهُمْ أَيُّهُمْ يُعْطَاهَا، فَلَمَّا أَصْبَحَ النَّاسُ غَدَوْا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كُلُّهُمْ يَرْجُو أَنْ يُعْطَاهَا، فَقَالَ: «أَيْنَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ؟» فَقِيلَ: هُوَ يَا رَسُولَ اللَّهِ يَشْتَكِي عَيْنَيْهِ، قَالَ: «فَأَرْسِلُوا إِلَيْهِ»، فَأُتِيَ بِهِ فَبَصَقَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي عَيْنَيْهِ وَدَعَا لَهُ، فَبَرَأَ حَتَّى كَأَنْ لَمْ يَكُنْ بِهِ وَجَعٌ، فَأَعْطَاهُ الرَّايَةَ، فَقَالَ عَلِيٌّ: يَا رَسُولَ اللَّهِ، أُقَاتِلُهُمْ حَتَّى يَكُونُوا مِثْلَنَا؟ فَقَالَ: «انْفُذْ عَلَى رِسْلِكَ حَتَّى تَنْزِلَ بِسَاحَتِهِمْ، ثُمَّ ادْعُهُمْ إِلَى الإِسْلاَمِ، وَأَخْبِرْهُمْ بِمَا يَجِبُ عَلَيْهِمْ مِنْ حَقِّ اللَّهِ فِيهِ، فَوَاللَّهِ لَأَنْ يَهْدِيَ اللَّهُ بِكَ رَجُلًا وَاحِدًا، خَيْرٌ لَكَ مِنْ أَنْ يَكُونَ لَكَ حُمْرُ النَّعَمِ».
المزيد
Səhl bin Səddən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Xeybər günü dedi:
"Sabah bu bayrağı elə bir kişiyə verəcəm ki, Allah onun əli ilə zəfər nəsib edəcək, o, Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir". Ravi dedi: İnsanlar o gecəni, bayrağın kimə veriləcəyini düşünərək keçirdilər. Sabah olduğunda onların hər biri bayrağın özünə veriləcəyi ümidilə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına getdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
"Əli bin Əbu Talib hardadır?". Dedilər: Ey Allahın Rəsulu, gözlərindən şikayət edir (gözləri ağrıyır). Dedi: "Onun yanına adam göndərin (gəlsin)". Əlini gətirdilər və Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onun gözlərinə tüpürdü və onun üçün dua etdi. Əli, sanki heç bir ağrısı olmamış kimi dərhal sağaldı və (Peyğəmbər), bayrağı ona verdi. Əli (Allah ondan razı olsun) dedi: "Ey Allahın Rəsulu! Onlar da bizim kimi olana qədər onlarla döyüşəcəmmi?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Sən, onların olduqları yerə yavaş-yavaş get (yəni dərhal döyüşə girmə). Sonra onları İslama dəvət et və Allahın haqqı olaraq yerinə yetirmələri vacib olan şeyləri onlara bildir. Allaha and olsun ki, Allahın, sənin əlinlə tək bir insana hidayət etməsi, sənin üçün qırmızı dəvələrə sahib olmağından daha xeyirlidir".