1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis Kişinin camaatla qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi və bir neçə qat daha üstün olur

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«صَلَاةُ الرَّجُلِ فِي جَمَاعَةٍ تَزِيدُ عَلَى صَلَاتِهِ فِي بَيْتِهِ وَصَلَاتِهِ فِي سُوقِهِ بِضْعًا وَعِشْرِينَ دَرَجَةً، وَذَلِكَ أَنَّ أَحَدَهُمْ إِذَا تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ، ثُمَّ أَتَى الْمَسْجِدَ لَا يَنْهَزُهُ إِلَّا الصَّلَاةُ، لَا يُرِيدُ إِلَّا الصَّلَاةَ، فَلَمْ يَخْطُ خَطْوَةً إِلَّا رُفِعَ لَهُ بِهَا دَرَجَةٌ، وَحُطَّ عَنْهُ بِهَا خَطِيئَةٌ، حَتَّى يَدْخُلَ الْمَسْجِدَ، فَإِذَا دَخَلَ الْمَسْجِدَ كَانَ فِي الصَّلَاةِ مَا كَانَتِ الصَّلَاةُ هِيَ تَحْبِسُهُ، وَالْمَلَائِكَةُ يُصَلُّونَ عَلَى أَحَدِكُمْ مَا دَامَ فِي مَجْلِسِهِ الَّذِي صَلَّى فِيهِ، يَقُولُونَ: اللهُمَّ ارْحَمْهُ، اللهُمَّ اغْفِرْ لَهُ، اللهُمَّ تُبْ عَلَيْهِ، مَا لَمْ يُؤْذِ فِيهِ، مَا لَمْ يُحْدِثْ فِيهِ».

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
Kişinin camaatla qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi və bir neçə qat daha üstün olur. Bu ona görədir ki, bir kəs gözəl bir şəkildə dəstəmaz alaraq məscidə gedərsə və onu məscidə aparan yalnız namaz olarsa, namazdan başqa bir şeyi istəməzsə, məscidə girənə qədər atdığı hər adıma görə bir dərəcə yüksələr və atdığı hər adımla bir günahı silinər. Məscidə daxil olub namazı gözlədiyi müddətdə isə namazda sayılır. O, namaz qıldığı yerdə olduğu və heç kəsə əziyyət vermədiyi və dəstəmazını pozmadığı müddətdə, mələklər onun üçün dua edib deyərlər: "Allahım ona rəhm et, Allahım onu bağışla, Allahım onun tövbəsini qəbul et!"

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihu Muslim - 649

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bir müsəlman camaatla namaz qılarsa, onun bu namazı evində və ya bazarda qıldığı namazdan iyirmi və bir neçə qat daha fəzilətli olar. Sonra bunun səbəbini demişdir: Bir şəxs dəstəmaz alarsa və dəstəmazını ən gözəl şəkildə tamamlayarsa, sonra məscidə yalnız namaz qılmaq niyyəti ilə gedərsə, atdığı hər addımda bir dərəcə məqamı yüksəldilər və bir günahı bağışlanar. Məscidə girdikdə oturub namazı gözləsə, namazı gözlədiyi müddətcə namazın əcrini və savabını alar. Namaz qıldığı yerdə olduğu müddətcə isə mələklər ona dua edər və deyərlər: Dəstəmazını pozmadıqca və insanlara və mələklərə zərər verəcək bir şey etmədiyi müddətcə ""Allahım, onu bağışla, Allahım ona mərhəmət et və Allahım onun tövbəsini qəbul et"

Hədisin faydalarından

  1. Kişinin evində və ya bazarda təkbaşına qıldığı namazı səhihdir, lakin üzr olmadan camaat namazını tərk edərsə, günah etmiş olur.
  2. Məsciddə qılınan camaat namazı, insanın təkbaşına qıldığı namazdan iyirmi beş, iyirmi altı və ya iyirmi yeddi dəfə daha fəzilətlidir (üstündür).
  3. Mələklərin vəzifələrindən biri də, möminlər üçün dua etməkdir.
  4. Məscidə dəstəmazlı halda getməyin fəziləti.

Tərcümələrə baxmaq

57 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية