1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Qiyamət günü, heç bir qul həyatını necə keçirməsi, elmi ilə nə işlər görməsi, malını haradan qazanıb hara xərcləməsi və bədənini harada yorduğu haqqında soruşulmadıqca yerindən tərpənməyəcək

عَنْ أَبِي بَرْزَةَ الأَسْلَمِيِّ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا تَزُولُ قَدَمَا عَبْدٍ يَوْمَ القِيَامَةِ حَتَّى يُسْأَلَ عَنْ عُمُرِهِ فِيمَا أَفْنَاهُ، وَعَنْ عِلْمِهِ فِيمَ فَعَلَ، وَعَنْ مَالِهِ مِنْ أَيْنَ اكْتَسَبَهُ وَفِيمَ أَنْفَقَهُ، وَعَنْ جِسْمِهِ فِيمَ أَبْلَاهُ».

Əbu Bərzə əl-Əsləmidən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
«Qiyamət günü, heç bir qul həyatını necə keçirməsi, elmi ilə nə işlər görməsi, malını haradan qazanıb hara xərcləməsi və bədənini harada yorduğu haqqında soruşulmadıqca yerindən tərpənməyəcək».

Səhih Ət-Tirmizi rəvayət etdi Sünən Ət-Tirmizi - 2417

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, Qiyamət günü bu suallar soruşulmadan heç kəs hesab yerindən Cənnət və ya Cəhənnəmə getməyəcək:
Birincisi: Həyatı haqqında. Onu nəyə sərf etdi və necə keçirdi?
İkincisi: Elmi haqqında. Onu Allahın razılığı üçün öyrəndimi? Onunla əməl etdimi? Bu elmi layiq olan kəslərə çatdırdımı?
Üçüncüsü: Malı haqqında. Onu haradan qazandı, halal yoxsa haram yoldan qazandı? Qazancını nəyə xərclədi, Allahı razı salacaq şeylərə yoxsa Onu qəzəbləndirəcək şeylərə?
Dördüncüsü: Bədəni, gücü, sağlamlığı və gəncliyi haqqında. Gəncliyini necə keçirdi və nəyə sərf etdi?

Hədisin faydalarından

  1. Həyatı Uca Allahı razı salacaq şəkildə yaşamağa təşviq etmək.
  2. Allahın qullarına verdiyi nemətlər çoxdur. Allah quluna verdiyi bu nemətlər haqqında ondan soruşacaq. Buna görə də o, Allahın nemətlərini Onun razı qaldığı şeylərdə istifadə etməlidir.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية