1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Hədis və ona aid elimlər

Hədis Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun

عن العِرْباضِ بن ساريةَ رضي الله عنه قال:
قام فينا رسول الله صلى الله عليه وسلم ذات يوم، فوَعَظَنا مَوعظةً بليغةً وَجِلتْ منها القلوبُ، وذَرَفتْ منها العيونُ، فقيل: يا رسول الله، وعظتَنَا موعظةَ مُودِّعٍ فاعهد إلينا بعهد. فقال: «عليكم بتقوى الله، والسمع والطاعة، وإن عبدًا حبشيًّا، وسترون من بعدي اختلافًا شديدًا، فعليكم بسنتي وسنة الخلفاء الراشدين المهديين، عَضُّوا عليها بالنواجِذ، وإياكم والأمور المحدثات، فإن كل بدعة ضلالة».

İrbad bin Səriyənin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün aramızda ikən ayağa qalxıb bizə, qəlblərimizi titrədən, gözlərimizi yaşardan bəlağətli bir xütbə söylədi. Ona dedilər ki: Ey Allahın Rəsulu, bizə sanki vida xütbəsi verdin, ona görə bizə vəsiyyət et. O dedi: “Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun və ondan azı dişlərinizlə yapışın. Dinə artırılmış yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.

Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər Sünən İbn Məcəh - 42

Şərh (izah)

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) qəlbləri qorxuya salan, gözləri yaşardan bəlağətli bir xütbə söylədi. Onlar Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) təsirli çıxışını görüb dedilər: "Ey Allahın Rəsulu, bu sanki vida xütbəsi idi". Onlar Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra gələn dövrlərdə sarıla biləcəkləri məsləhətlər barədə ondan tövsiyələrini istədilər. Buyurdu: Sizə fərzləri yerinə yetirməklə və haramları tərk etməklə izzət və cəlal sahibi olan Allahdan qorxmağı tövsiyə edirəm. Rəhbərlərə tabe olub, itaət etmək. Əgər bir kölə sizin üzərinizdə rəhbər və ya hakimiyyət sahibi olarsa, yəni cəmiyyətin ən aşağı təbəqəsindən olan bir kəs sizə hökmdar olarsa, bundan boyun qaçırmayın və fitnələrin oyanmaması üçün ona itaət edin, çünki sizdən kimə ömür vəfa etsə, çoxlu ixtilaflar görəcək. Sonra onlara bu ixtilafdan çıxış yolunu izah etdi ki, bu da onun yoluna və özündən sonra gələn raşidi xəlifələrin - Əbu Bəkr əs-Siddiq, Ömər bin Əl-Xəttab, Osman bin Əffan və Əli ibn Əbi Talibin (Allah onların hamısından razı olsun) yolundan bərk yapışmaqdır və azı dişləri ilə bu yola sarılmaqdır. Bu misalla sünnəyə əməl etməyin və ondan bərk yapışmağın əhəmiyyətini nəzərdə tuturdu. Onları dindəki bidətlərdən (yeniliklərdən) çəkindirdi, çünki hər bir bidət zəlalətdir.

Hədisin faydalarından

  1. Sünnəyə sarılmaq və ona tabe olmağın əhəmiyyəti.
  2. Moizələrə və qəlblərin yumşalmasına verilən önəm.
  3. Ondan sonra gələn raşidi xəlifələrinə - Əbu Bəkr əs-Siddiq, Ömər bin Əl-Xəttab, Osman bin Əffan və Əli bin Əbi Talibə (Allah onların hamısından razı olsun) tabe olmağın əmr edilməsi.
  4. Dində yeniliyin qadağan edilməsi və dindəki hər yeniliyin zəlalət olması.
  5. Möminlərə rəhbərlik edən şəxsə -günahlardan başqa- digər məsələlərdə tabe olub, itaət etməyin əmr edilməsi.
  6. Bütün zaman və hallarda izzət və cəlal sahibi olan Allahdan qorxmağın əhəmiyyəti.
  7. Bu ümmətdə ixtilaflar baş verəcək, bu baş verdikdə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) və raşidi xəlifələrinin yoluna müraciət etməyin vacibliyi.

Tərcümələrə baxmaq

63 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو