عَنْ أَبِي نَجِيحٍ العِرْبَاضِ بْنِ سَارِيَةَ رضي الله عنه قَالَ: وَعَظَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَوْعِظَةً وَجِلَتْ مِنْهَا القُلُوبُ، وَذَرَفَتْ مِنْهَا العُيُونُ، فَقُلْنَا: يَا رَسُولَ اللهِ! كَأَنَّهَا مَوْعِظَةُ مُوَدِّعٍ؛ فَأَوْصِنَا، قَالَ:
«أُوصِيكُمْ بِتَقْوَى اللَّهِ، وَالسَّمْعِ وَالطَّاعَةِ، وَإِنْ تَأَمَّرَ عَلَيْكُمْ عَبْدٌ، فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ بَعْدِي فَسَيَرَى اخْتِلَافًا كَثِيرًا، فَعَلَيْكُمْ بِسُنَّتِي وَسُنَّةِ الخُلَفَاءِ الرَّاشِدِينَ المَهْدِيينَ، عَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ، وَإِيَّاكُمْ وَمُحْدَثَاتِ الأُمُورِ؛ فَإِنَّ كُلَّ بِدْعَةٍ ضَلَالَةٌ».
المزيد
Əbu Nəcih İrbəd bin Səriyə (Allah ondan razı olsun) demişdir: Rəsulullah (sallallahu aleyhi va səlləm) bizə elə təsirli bir moizə etdi ki, bundan qəlblər titrədi və gözlər yaşla doldu. Biz: “Ey Allahın elçisi, sanki bu, vidalaşan birinin moizəsidir. Elə isə bizə tövsiyə et!” – dedik. Rəsulullah (sallallahu aleyhi va səlləm) belə dedi:
“Sizə Allahdan qorxmağı, əmiriniz bir kölə olsa belə, ona tabe olub, itaət etməyi tövsiyyə edirəm. Məndən sonra sizdən kim yaşasa çoxlu ixtilaflar görəcəkdir. Belə olduğu təqdirdə siz mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun. Bundan azı dişlərinizlə yapışın. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.