عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: أَخَذَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَنْكِبِي، فَقَالَ:
«كُنْ فِي الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ أَوْ عَابِرُ سَبِيلٍ»، وَكَانَ ابْنُ عُمَرَ، يَقُولُ: إِذَا أَمْسَيْتَ فَلاَ تَنْتَظِرِ الصَّبَاحَ، وَإِذَا أَصْبَحْتَ فَلاَ تَنْتَظِرِ المَسَاءَ، وَخُذْ مِنْ صِحَّتِكَ لِمَرَضِكَ، وَمِنْ حَيَاتِكَ لِمَوْتِكَ.
المزيد
Abdullah bin Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki, o, demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənim çiynimdən tutub dedi:
"Dünyada bir qərib və ya bir müsafir kimi ol!". İbn Ömər (bu hədisi danışandan sonra) deyərdi: Axşama çıxdığın zaman səhəri, səhərə çıxdığın zaman da axşamı gözləmə! Xəstəliyin üçün sağlamlığında, ölümün üçün həyatında hazırlıq gör.