1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Lə iləhə illallah" de ki, buna görə Qiyamət günü sənə şahidlik edim

عَنْ ‌أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ:
قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِعَمِّهِ: «قُلْ: لَا إِلَهَ إِلَّا اللهُ، أَشْهَدُ لَكَ بِهَا يَوْمَ الْقِيَامَةِ»، قَالَ: لَوْلَا أَنْ تُعَيِّرَنِي قُرَيْشٌ، يَقُولُونَ: إِنَّمَا حَمَلَهُ عَلَى ذَلِكَ الْجَزَعُ لَأَقْرَرْتُ بِهَا عَيْنَكَ. فَأَنْزَلَ اللهُ: {إِنَّكَ لا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللهَ يَهْدِي مَنْ يَشَاءُ } [القصص: 56].

Əbu Hureyrədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilmişdir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisinə belə dedi: "Lə iləhə illallah" de ki, buna görə Qiyamət günü sənə şahidlik edim". Əmisi dedi: Qureyş məni ələ salıb, "qorxduğu üçün bunu etdi" - deməsəydilər, sənin istədiyini edərdim. Uca Allah bu ayəni nazil etdi: "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər" (Əl-Qasas 28 surəsi, ayə 56).

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 25

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisi Əbu Talibdən, ölüm ayağında olarkən "lə iləhə illallah" deməsini istəyir ki, Qiyamət günü ona şəfaət edə bilsin və onun müsəlmanlığına şahidlik etsin. O isə Qureyşin onun haqqında pis sözlər söyləməsindən, "zəiflik və ölümdən qorxduğu üçün müsəlman oldu" demələrindən qorxduğu üçün şəhadət kəliməsini söyləməkdən imtina edir. Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) deyir ki: "Əgər bu olmasaydı, şəhadət kəliməsi ilə səni sevindirərdim və sən razı olana qədər istədiyini deyərdim". Uca Allah Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlman olmaq üçün hidayət verməyə qadir olmadığına dəlalət edən ayə endirdi. Əksinə, yalnız qüdrət və cəlal sahibi olan Allah istədiyinə hidayət verər. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları hidayətə qovuşdurmağı, yalnız dəlil sübutlara əsaslanaraq istiqamətləndirməkdən, başa salmaqdan, doğru yola dəvət etməkdən ibarətdir.

Hədisin faydalarından

  1. Haqq, insanların dedi qodusundan qorxaraq tərk edilməz.
  2. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız haqqa dəlalət edən, doğru yola yönəldən hidayətə sahibdir, hidayətə müvəffəq etmək, qovuşdurmaq isə onun əlində deyil.
  3. İslama dəvət etmək məqsədi ilə xəstə kafiri ziyarət etməyin icazəli olması.
  4. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hər bir halda Uca Allahın dininə dəvət etməsinə hərisliyi.

Tərcümələrə baxmaq

68 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو