عَنْ أَبِي العَبَّاسِ، عَبْدِ الله بْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: كُنْت خَلْفَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا، فَقَالَ:
«يَا غُلَامِ! إنِّي أُعَلِّمُك كَلِمَاتٍ: احْفَظِ اللَّهَ يَحْفَظْكَ، احْفَظِ الله تَجِدْهُ تُجَاهَكَ، إذَا سَأَلْتَ فَاسْأَلِ اللهَ، وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاَللهِ، وَاعْلَمْ أَنَّ الأُمَّةَ لَوْ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَعُوكَ بِشَيْءٍ لَمْ يَنْفَعُوكَ إلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللَّهُ لَكَ، وَإِنِ اجْتَمَعُوا عَلَى أَنْ يَضُرُّوكَ بِشَيْءٍ لَمْ يَضُرُّوكَ إلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللَّهُ عَلَيْكَ؛ رُفِعَتِ الأَقْلَامُ، وَجَفَّتِ الصُّحُفُ».
وَفِي رِوَايَةِ غَيْرِ التِّرْمِذِيِّ: «احْفَظِ اللهَ تَجِدْهُ أَمَامَكَ، تَعَرَّفْ إلَى اللهِ فِي الرَّخَاءِ يَعْرِفْكَ فِي الشِّدَّةِ، وَاعْلَمْ أَنَّ مَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ، وَمَا أَصَابَك لَمْ يَكُنْ لِيُخْطِئَكَ، وَاعْلَمْ أَنَّ النَّصْرَ مَعَ الصَّبْرِ، وَأَنْ الفَرَجَ مَعَ الكَرْبِ، وَأَنَّ مَعَ العُسْرِ يُسْرًا».
المزيد
Əbul-Abbas Abdullah bin Abbas (Allah onların hər ikisindən razı olsun) demişdir: Bir gün mən minik üzərində Rəsulullahın (sallallahu aleyhi və səlləm) arxa tərəfində idim, o, belə buyurdu:
“Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəm: Allahı qoru ki, (yəni günahlardan çəkin, yalnız ona ibadət et) Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında görəsən. Bir şey istədikdə, Allahdan istə. Kömək istədikdə, yenə də Allahdan kömək istə. Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar belə, Allahın (sənin qədərinə) yazdığından başqa sənə heç bir xeyir verə bilməzlər. Əgər sənə zərər vermək üçün bir yerə yığışsalar, yenə də Allahın (sənin qədərinə) yazdığından başqa sənə heç bir zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələr qurumuşdur”. Tirmizidən başqa bir rəvayətdə belə buyurulur:
"Allahı qoru ki, Onu qarşında görəsən. Xoş gündə Allahı tanı ki, dar gündə, O, səni tanısın. Bil ki, səndən yan keçən bir şey, heç vaxt sənin başına gələ bilməzdi. Sənin başına gələn şey isə heç vaxt səndən yan keçə bilməzdi. Bil ki, qələbə səbirlə, çıxış yolu isə sıxıntı ilə birlikdədir və hər bir çətinliklə birlikdə asanlıq vardır”.