عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ رضي الله عنهما أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«اتَّقُوا الظُّلْمَ، فَإِنَّ الظُّلْمَ ظُلُمَاتٌ يَوْمَ الْقِيَامَةِ، وَاتَّقُوا الشُّحَّ، فَإِنَّ الشُّحَّ أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمْ، حَمَلَهُمْ عَلَى أَنْ سَفَكُوا دِمَاءَهُمْ وَاسْتَحَلُّوا مَحَارِمَهُمْ».
المزيد
Cabir bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu:
“Zülm etməkdən çəkinin, çünki zülm Qiyamət günü zülmət olacaq və xəsislik etməkdən çəkinin, həqiqətən də xəsislik sizdən əvvəlkiləri məhv etdi, onları bir-birinin qanını tökməyə və haramlarını halal saymağa sövq etdi”.