1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis “Allah yaxşı və pis əməlləri yazmış, sonra da bunları bəyan etmişdir

عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرْوِي عَنْ رَبِّهِ تَبَارَكَ وَتَعَالَى، قَالَ:
«إنَّ اللهَ كَتَبَ الحَسَنَاتِ وَالسَّيِّئَاتِ، ثُمَّ بَيَّنَ ذَلِكَ، فَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا؛ كَتَبَهَا اللهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، وَإِنْ هَمَّ بِهَا فَعَمِلَهَا؛ كَتَبَهَا اللهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إلَى سَبْعِمِائَةِ ضِعْفٍ إلَى أَضْعَافٍ كَثِيرَةٍ، وَإِنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا؛ كَتَبَهَا اللهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، وَإِنْ هَمَّ بِهَا فَعَمِلَهَا؛ كَتَبَهَا اللهُ سَيِّئَةً وَاحِدَةً».

İbn Abbas (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) Mübarək və Uca olan Rəbbindən belə rəvayət etmişdir:
“Allah yaxşı və pis əməlləri yazmış, sonra da bunları bəyan etmişdir. Kim bir yaxşı iş görməyə niyyət edərsə, sonra bunu etməzsə, Allah onu Öz dərgahında tam bir savab olaraq yazar. Əgər o yaxşı iş görməyə niyyət edərsə, sonra bunu edərsə, Allah onu Öz dərgahında on savabdan yeddi yüzədək, hətta bundan qat-qat artıq savab olaraq yazar. Kim bir pis iş görməyə niyyət edərsə, sonra bunu etməzsə, Allah onu Öz dərgahında tam bir savab olaraq yazar. Əgər o, pis iş görməyə niyyət edərsə və bunu edərsə, Allah onu yalnız bir günah olaraq yazar”.

Səhih رواه البخاري ومسلم في صحيحيهما بهذه الحروف الأربعون النووية - 37

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, Allah yaxşılıq və pislikləri öncədən müəyyən etmiş və sonra (yazan) iki mələyə onları necə yazacaqlarını bildirmişdir:
Kim xeyir əməli etmək istəyib ona niyyətlənər və ona əzm göstərərsə, bu əməli etməsə belə, ona bir savab yazılar, əgər bu xeyir işi edərsə, ona on mislindən yeddi yüz mislinə, hətta daha çox savab yazılar. Savabdakı bu əlavə - qəlbdəki ixlas və faydalı əməllərin dərəcəsinə və miqdarına və buna bənzər əməllərə görədir.
Hər kim də, pis əmələ niyyət edər, ona əzm edər, lakin, Allah üçün onu tərk edərsə, Allah bunu onun üçün bir savab olaraq yazar və əgər məşğul olub səbəblərini yerinə yetirmədiyi üçün bu əməli etməzsə, ona heç bir şey yazılmaz. Aciz olub bu əməli etməyi bacarmazsa, niyyətinə görə yazılar. Əgər pis əməli edərsə, onun üçün bir günah olaraq yazılar.

Hədisin faydalarından

  1. Xeyir əməlin savabının qat-qat artması, bunun Allah dərgahında yazılması və pis əməllərin sadəcə misliylə əvəzinin verilməsi, Allahın bu ümmətə olan böyük lütfüdür.
  2. Əməllərdə niyyətin əhəmiyyəti və onlara təsiri.
  3. İzzət və cəlal sahibi olan Allahın lütfü, şəfqəti və rəhmətidir ki, kim bir xeyir əmələ niyyət edərsə, lakin ona müvəffəq olmazsa, Allah həmin niyyəti xeyir əməl olaraq yazar.

Tərcümələrə baxmaq

57 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو