1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) (əcnəbi qadına) qəflətən(qeyri-qəsdli) olan baxış haqqında soruşdum və mənə baxışımı kənara çəkməyi əmr etdi

عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللهِ رَضيَ اللهُ عنه قَالَ:
سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ نَظَرِ الْفُجَاءَةِ فَأَمَرَنِي أَنْ أَصْرِفَ بَصَرِي.

Cərir bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir ki, o belə dedi:
Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) (əcnəbi qadına) qəflətən(qeyri-qəsdli) olan baxış haqqında soruşdum və mənə baxışımı kənara çəkməyi əmr etdi.

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 2159

Şərh (izah)

Cərir bin Abdullah (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) kişinin qəflətən, qəsdsiz yad qadına baxması haqqında soruşdu? O (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu ki, həmən o, üzünü digər tərəfə və yönə çevirməlidir və bu zaman ona heç bir günah yoxdur.

Hədisin faydalarından

  1. Baxışları aşağı salmağa təşviq.
  2. Gözün qəflətən və qeyri-ixtiyari şəkildə baxmağın haram olduğu bir şeyi gördüyü zaman, ona baxmağa davam etməkdən çəkindirmək.
  3. Hədisdən anlaşılır ki, qadına baxmağın haram olması səhabələr arasında sabit bir məsələ idi. Cəririn (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) onun nəzərlərinin qeyri-qəsdli olaraq qadına düşdüyü təqdirdə, bunun hökmünün qadına qəsdlə baxanın hökmü ilə eyni olub-olmaması haqqında soruşması buna dəlildir.
  4. Bu, şəriətin bəndələrin mənafeyinə göstərdiyi diqqəti ifadə edir. Çünki şəriət, həm dünya, həm də axirət baxımından fəsadlara səbəb olduğuna görə, yad qadına baxmağı qadağan etmişdir.
  5. Səhabələrin Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına qayıtmaları və onlara qaranlıq qalan məsələlər haqqında ondan soruşmaları. Beləcə də avam insanlar alimlərə qayıtmalı və onlara qaranlıq qalan məsələləri alimlərdən soruşmalıdır.

Tərcümələrə baxmaq

52 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية