1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis Mən Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idim və o, bir zibilxananın yanına gəldi və ayaq üstə su başına çıxdı (idrar etdi)

عَنْ حُذَيْفَةَ رضي الله عنه قَالَ:
كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَانْتَهَى إِلَى سُبَاطَةِ قَوْمٍ، فَبَالَ قَائِمًا، فَتَنَحَّيْتُ فَقَالَ: «ادْنُهْ» فَدَنَوْتُ حَتَّى قُمْتُ عِنْدَ عَقِبَيْهِ فَتَوَضَّأَ فَمَسَحَ عَلَى خُفَّيْهِ.

Huzeyfədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Mən Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idim və o, bir zibilxananın yanına gəldi və ayaq üstə su başına çıxdı (idrar etdi) və mən kənara çəkildim. O, dedi: "Yaxınlaş". Mən onun dabanın arxasında dayanana qədər ona yaxınlaşdım və o, dəstəmaz alıb xuflarına (dəridən corabların üzərinə) məsh çəkdi.

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihu Muslim - 273

Şərh (izah)

Huzeyfə bin Əl-Yəmən (Allah hər ikisindən razı olsun) xəbər verir ki, o, Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idi və o (Allahın salavatı və salamı onun üzərinə olsun) su başına çıxmaq (idrar etmək) istədi və evlərdən süpürülmüş zibil və tullantıların atıldığı bir zibilxanaya daxil oldu. Ona görə də kiçik ehtiyacını ayaq üstə ödədi, halbuki, adətən oturararaq edirdi.
Huzeyfə ondan uzaqlaşdı və o, (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: “Yaxın gəl". Huzeyfə, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) bu halda görünməsinə maneə olmaq üçün onun arxasında - ayaqlarının arxasında dayanana qədər ona yaxınlaşdı.
Sonra o, (Allahın salavatı və salamı onun üzərinə olsun) dəstəmaz aldı və ayaqlarını yuyarkən xuflarına -nazik dəridən və buna bənzər şeylərdən hazırlanmış, ayağa geyinilən və topuqları örtən şey- məsh çəkməklə kifayətləndi və onları çıxarmadı.

Hədisin faydalarından

  1. Xufların üzərinə məsh çəkməyin icazəli olması.
  2. Üzərinə heç bir şey düşməmək şərti ilə ayaq üstə su başına çıxmağın icazəli olması.
  3. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) zibil və tullantılar olan yeri seçdi, çünki bu yer, adətən sidiyin, onu edən şəxsə sıçramayacağı yumşaq yer olur.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية