1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis “Ey insanlar, salamı yayın, yemək yedizdirin, qohumluq əlaqələrini qoruyun və gecələr insanlar yatarkən namaz qılın ki, Cənnətə salamatlıqla daxil olasınız”

عَنْ عَبْدُ اللَّهِ بْنُ سَلَامٍ رضي الله عنه قَالَ: لَمَّا قَدِمَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ انْجَفَلَ النَّاسُ قِبَلَهُ، وَقِيلَ: قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَدِمَ رَسُولُ اللَّهِ، قَدِمَ رَسُولُ اللَّهِ، ثَلَاثًا، فَجِئْتُ فِي النَّاسِ لِأَنْظُرَ، فَلَمَّا تَبَيَّنْتُ وَجْهَهُ، عَرَفْتُ أَنَّ وَجْهَهُ لَيْسَ بِوَجْهِ كَذَّابٍ، فَكَانَ أَوَّلُ شَيْءٍ سَمِعْتُهُ تَكَلَّمَ بِهِ أَنْ قَالَ:
«يَا أَيُّهَا النَّاسُ، أَفْشُوا السَّلَامَ، وَأَطْعِمُوا الطَّعَامَ، وَصِلُوا الْأَرْحَامَ، وَصَلُّوا بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ، تَدْخُلُوا الْجَنَّةَ بِسَلَامٍ».

Abdullah bin Sələmdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilmişdir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə gəldikdə, insanlar ona tərəf qaçdılar və: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) gəldi" deyə üç dəfə səsləndilər, mən də camaatın arasında baxmağa gəldim və onun üzünü görəndə bildim ki, onun üzü yalançı birisinin üzü deyil və ondan eşitdiyim ilk şey belə söyləməsi oldu:
“Ey insanlar, salamı yayın, yemək yedizdirin, qohumluq əlaqələrini qoruyun və gecələr insanlar yatarkən namaz qılın ki, Cənnətə salamatlıqla daxil olasınız”.

Səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi Sünən İbn Məcəh - 3251

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə gələndə insanlar onu gördükdə sürətlə ona tərəf getdilər və ona tərəf gedənlərin arasında Abdullah bin Sələm (Allah ondan razı olsun) də var idi. O, yəhudilərdən idi, onu görəndə bildi ki, onun üzü, nuruna, gözəlliyinə və dürüstlük saçan heybətinə görə yalançı insanın üzü deyil. Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdiyi ilk şey, insanları, Cənnətə girməyə səbəb olacaq əməllərə təşviq etməsi oldu. Onlar:
Birincisi: Salamı yaymaq, onu izhar etmək və tanıdığın və tanımadığın kəslərə salam verməyi çoxaltmaq.
İkincisi: Sədəqə, hədiyyə və qonaqpərvərliklə insanları yedizdirmək.
Üçüncüsü: Ata və ya ana tərəfdən ailə və ya qohumluq bağının səni birləşdirdiyi kəslərlə qohumluq əlaqələrini saxlamaq.
Dördüncüsü: Gecə vaxtı insanlar yatarkən nafilə namazı qılmaq.

Hədisin faydalarından

  1. Müsəlmanlar arasında salamı yaymaq müstəhəbdir, qeyri-müsəlmana gəldikdə isə ona ilk olaraq salam verilmir və əgər o, "əs-sələmu aleykum "deyərək salam verərsə, ona “va aleykum” deyərək cavab verilməlidir.

Tərcümələrə baxmaq

52 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية