1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Nəfsim əlində olana and olsun ki, siz özünüzdən əvvəlkilərin yoluna tabe olacaqsınız." ​

عَنْ أَبِي وَاقِدٍ اللَّيْثِيِّ رضي الله عنه:
أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا خَرَجَ إِلَى حُنَيْنٍ مَرَّ بِشَجَرَةٍ لِلْمُشْرِكِينَ يُقَالُ لَهَا: ذَاتُ أَنْوَاطٍ يُعَلِّقُونَ عَلَيْهَا أَسْلِحَتَهُمْ، فَقَالُوا: يَا رَسُولَ اللهِ، اجْعَلْ لَنَا ذَاتَ أَنْوَاطٍ كَمَا لَهُمْ ذَاتُ أَنْوَاطٍ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «سُبْحَانَ اللهِ! هَذَا كَمَا قَالَ قَوْمُ مُوسَى {اجْعَلْ لَنَا إِلَهًا كَمَا لَهُمْ آلِهَةٌ} [الأعراف: 138] وَالَّذِي نَفْسِي بِيَدِهِ لَتَرْكَبُنَّ سُنَّةَ مَنْ كَانَ قَبْلَكُمْ».

Əbu Vaqid əl-Leysidən (Allah ondan razı olsun) belə rəvayət edilir:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Huneynə çıxanda müşriklərin silahlarını asdıqları "Zətu-Ənvat" deyilən bir ağacın yanından keçdi və səhabələr dedilər: Ey Allahın elçisi, onların Zətu-Ənvat ağacı olduğu kimi, bizim üçün də Zətu-Ənvat ağacı düzəlt!” Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Subhənallah-(Allah pak və müqəddəsdir! )Bu, Musanın qövmünün dediyi kimidir: “Onların ilahları olduğu kimi, bizim üçün də bir ilah düzəlt!” [Əraf: 138] Nəfsim əlində olana and olsun ki, siz özünüzdən əvvəlkilərin yoluna tabe olacaqsınız." ​

Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər Sünən Ət-Tirmizi - 2180

Şərh (izah)

Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Taif ilə Məkkə arasında bir vadi olan Huneynə getdi və onun yanında İslama yeni daxil olmuş bir neçə səhabə vardı. Onlar “zətu ənvat” adlanan, yəni üzərində asılmış şeylər olan bir ağacın yanından keçdilər. Müşriklər o ağaca ehtiram edirdilər, bərəkət diləmək niyyəti ilə onun üzərinə öz silahlarını və başqa şeyləri asırdılar. (Bu səhabələr) caiz olduğunu düşünərək, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) istədilər ki, onlar üçün bu ağac kimi, bərəkət diləyib silahlarını asa biləcəkləri bir ağac düzəltsin. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözü (səhabələrin istəyini) inkar edərək, Allahı təsbih etdi-Onu hər cür nöqsanlardan münəzzəh etdi və bu sözün Musanın qövmünün ona dediyi sözə-“Onların ilahları olduğu kimi, bizə də bir ilah et” - sözünə bənzədiyini bildirdi . (Musanın qövmü) Bütlərə ibadət edənləri gördükdə, müşriklərin bütləri olduğu kimi özlərinin də bütlərinin olmasını istədilər. Bu da, onların yoluna tabe olmaqdır. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ümmətin yəhudi və xristianların yoluna tabe olacağını, onların etdiklərini edəcəyini, bundan çəkindirmək üçün bizə xəbər verdi. ​

Hədisin faydalarından

  1. İnsan hərdən bir şeyi gözəl görür və həmin şeyin onu Uca Allaha yaxınlaşdırdığını düşünür, lakin, bu onu Allahdan uzaqlaşdırır.
  2. Müsəlman dində söylənməsi doğru olmayan bir şeyi eşidəndə və təəccüblənəndə “Subhənallah” və “Allahu Əkbər” deməlidir.
  3. Ağacdan, daşdan və digər şeylərdən bərəkət istəmək şirkdir və bərəkət yalnız Allahdan istənilir.
  4. Bütlərə ibadət etməyin səbəbi, onları təzim etmək, özünü onlara həsr etmək və onlardan bərəkət istəməkdir.
  5. Şirkə aparan qapıları və yolları bağlamağın vacibliyi.
  6. Yəhudiləri və xristianları qınayan nasslar (ayə və hədislər) bizim üçün bir xəbərdarlıqdır.
  7. Dəlillərin, dinimizdən olduğuna dəlalət etdiyi şeylər istisna olmaqla, cahiliyyə dövrünün insanlarına, yəhudi və xristianlara bənzəməyin qadağan olunması

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية