1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və onunla bəzi məsələlər haqqında danışdı və dedi: “Allah və sən istədin”. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən məni Allahla bərabərmi etdin? De ki: “Yalnız Allah istədi (oldu).”

عَنِ ابْنِ عَبَّاسٍ رضي الله عنهما:
أَنَّ رَجُلًا أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَكَلَّمَهُ فِي بَعْضِ الْأَمْرِ، فَقَالَ: مَا شَاءَ اللهُ وَشِئْتَ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَجَعَلْتَنِي لِلَّهِ عَدْلًا؟ قُلْ: مَا شَاءَ اللهُ وَحْدَهُ».

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) belə rəvayət edilir:
Bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və onunla bəzi məsələlər haqqında danışdı və dedi: “Allah və sən istədin”. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən məni Allahla bərabərmi etdin? De ki: “Yalnız Allah istədi (oldu).”

İsnadı həsən olan İbnu Məcə, Ən-Nəsai Əl-Kubrada və Əhməd rıvayət etdilər Ən-Nəsainin Əs-Sünən Əl Kubra - 10759

Şərh (izah)

Bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib onunla özünə aid bir məsələdə danışdı, sonra dedi: "Allah və sən istədin (oldu)". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onun bu sözünü inkar etdi və ona bildirdi ki, məxluqun istəyini, Allahın istəyinə "və" ədatı ilə bağlamaq- yəni birlikdə işlətmək- kiçik şirkdir və müsəlmanın bunu söyləməsi icazəli deyildir. Sonra onu doğru sözə yönəltdi: “Yalnız Allah istədi”. Beləliklə o, istəməkdə Allahı təkləşdirir və heç bir bağlayıcı ədatı ilə Allahın istəyinə bir kəsin istəyini bağlamır.

Hədisin faydalarından

  1. “Necə ki, Allah və sən istədin” sözü və buna bənzər, yəni "və" ədatı ilə qulun istəyinin Allahın istəyi ilə birgə işlətməyin qadağan olunması. Çünki bu kiçik şirkdir.
  2. Münkəri (şəriətə zidd olan şeyləri) inkar etməyin vacibliyi.
  3. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tövhidin sərhədini qorudu və şirk yollarını bağladı.
  4. Münkəri inkar edərkən, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) nümunə götürərək, nəsihət edilən şəxsi mübah (icazəli) olan alternativə yönəltmək gözəl əməldir.
  5. Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisdəki: “yalnız Allah istədi” və digər hədisdəki: “De: “Allah, sonra sən istədin” sözünü cəm etmək: Bir şəxsin “Allah, sonra sən istədin” deməsi icazəlidir. Lakin onun: “yalnız Allah istədin (oldu)” deməsi daha yaxşıdır.
  6. “Allah, sonra sən istədin” deməyin icazəlidir. Lakin “yalnız Allah istədi” demək daha yaxşıdır.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية