1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) qiyamət haqqında soruşdu və dedi: Qiyamət nə vaxt olacaq? O, dedi: “Onun üçün nə hazırlamısan?”

عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ:
أَنَّ رَجُلًا سَأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ السَّاعَةِ، فَقَالَ: مَتَى السَّاعَةُ؟ قَالَ: «وَمَاذَا أَعْدَدْتَ لَهَا». قَالَ: لاَ شَيْءَ، إِلَّا أَنِّي أُحِبُّ اللَّهَ وَرَسُولَهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: «أَنْتَ مَعَ مَنْ أَحْبَبْتَ». قَالَ أَنَسٌ: فَمَا فَرِحْنَا بِشَيْءٍ، فَرِحْنَا بِقَوْلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَنْتَ مَعَ مَنْ أَحْبَبْتَ» قَالَ أَنَسٌ: فَأَنَا أُحِبُّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبَا بَكْرٍ، وَعُمَرَ، وَأَرْجُو أَنْ أَكُونَ مَعَهُمْ بِحُبِّي إِيَّاهُمْ، وَإِنْ لَمْ أَعْمَلْ بِمِثْلِ أَعْمَالِهِمْ.

Ənəsdən (Allah ondan razı olsun) belə rəvayət edilir:
Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) qiyamət haqqında soruşdu və dedi: Qiyamət nə vaxt olacaq? O, dedi: “Onun üçün nə hazırlamısan?” O, dedi: “Heç bir şey, lakin mən Allahı və Onun Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) sevirəm. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən sevdiyin kəslə birlikdəsən”. Ənəs dedi: Biz, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) “Sən sevdiyin kəslə birlikdəsən” sözünə sevindiyimiz qədər heç bir şeyə sevinməmişdik. (Bunun ardınca) Ənəs dedi: Mən Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun), Əbu Bəkri və Öməri sevirəm, onların əməlləri kimi əməl etməsəm də, onlara olan sevgimdən dolayı onlarla birlikdə olacağıma ümid edirəm.

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 3688

Şərh (izah)

Səhrada yaşayan bir bədəvi kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Qiyamət saatı haqqında soruşdu.
Və O, (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: Onun üçün hansı saleh əməllər hazırlamısan?
Sual verən dedi: "Mən onun üçün heç bir böyük əməl hazırlamamışam, lakin mən Allahı və Onun Rəsulunu sevirəm" və o, bundan başqa qəlbi, bədəni və ya maddi ibadətlərdən hər hansı bir şeyi qeyd etmədi. Çünki bunların (bu ibadətlərin) hamısı sevgidən qaynaqlanan və nəticələnən qollardır və səmimi məhəbbət insanı yaxşı işlər görməyə çalışmağa sövq edir.
O, (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: Şüphəsiz ki, sən Cənnətdə sevdiyin kəslə birlikdə olacaqsan.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələri bu müjdəyə çox sevindilər.
Sonra Ənəs (Allah ondan razı olsun) Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun), Əbu Bəkri və Öməri sevdiyini və əməlinin onların əməlləri kimi olmasa belə, onlarla birlikdə olmağı ümid etdiyini xəbər verdi.

Hədisin faydalarından

  1. Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) sual verənə cavab verməsində hikməti, çünki, onu vacib olana və onu xilas edəcək şeyə yönəltdi. Bu da xeyirli və yaxşı əməllərlə axirətə hazırlıqdır.
  2. Allah qiyamət vaxtını qullarından gizlətmişdir ki, insan daima Allahla görüşə hazır olsun və tədarük görsün.
  3. Allahı, Onun Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) və saleh möminləri sevməyin fəziləti və müşrikləri sevməkdən çəkindirmək.
  4. Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun): "Sən sevdiyin kəslə birlikdəsən" sözündən məqsəd dərəcə və məqam baxımından bərabərlik deyil, lakin onun mənası onların cənnətdə olmasıdır ki, oradakı yerləri uzaq olsa da belə, hər biri digərini görə biləcək.
  5. Müsəlmanı, onun üçün ən xeyirli və ən faydalı olanla məşğul olmağa və ona fayda verməyən şeyləri soruşmağı tərk etməyə yönəltmək.

Tərcümələrə baxmaq

52 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية