عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ رضي الله عنه قَالَ: قِيلَ لَهُ: أَلَا تَدْخُلُ عَلَى عُثْمَانَ فَتُكَلِّمَهُ؟ فَقَالَ: أَتَرَوْنَ أَنِّي لَا أُكَلِّمُهُ إِلَّا أُسْمِعُكُمْ؟ وَاللهِ لَقَدْ كَلَّمْتُهُ فِيمَا بَيْنِي وَبَيْنَهُ، مَا دُونَ أَنْ أَفْتَتِحَ أَمْرًا لَا أُحِبُّ أَنْ أَكُونَ أَوَّلَ مَنْ فَتَحَهُ، وَلَا أَقُولُ لِأَحَدٍ يَكُونُ عَلَيَّ أَمِيرًا: إِنَّهُ خَيْرُ النَّاسِ بَعْدَمَا سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«يُؤْتَى بِالرَّجُلِ يَوْمَ الْقِيَامَةِ، فَيُلْقَى فِي النَّارِ، فَتَنْدَلِقُ أَقْتَابُ بَطْنِهِ، فَيَدُورُ بِهَا كَمَا يَدُورُ الْحِمَارُ بِالرَّحَى، فَيَجْتَمِعُ إِلَيْهِ أَهْلُ النَّارِ، فَيَقُولُونَ: يَا فُلَانُ مَا لَكَ؟ أَلَمْ تَكُنْ تَأْمُرُ بِالْمَعْرُوفِ، وَتَنْهَى عَنِ الْمُنْكَرِ؟ فَيَقُولُ: بَلَى، قَدْ كُنْتُ آمُرُ بِالْمَعْرُوفِ وَلَا آتِيهِ، وَأَنْهَى عَنِ الْمُنْكَرِ وَآتِيهِ».
المزيد
Usamə bin Zeyddən (Allah ondan razı olsun) rəvayət edilir ki, ona belə deyildi: “Osmanın yanına gedib onunla danışmayacaqsanmı?” O dedi: "Siz elə düşünürsünüz ki, mən onunla danışdığım hər şeyi sizə eşitdirirəm (söyləyirəm)? Allaha and olsun ki, açmaq istəmədiyim məsələni ilk açanın özüm olmağımı istəmədiyim üçün onunla öz aramda danışdım və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözlərini eşitdikdən sonra mənim rəhbərim olan heç kəsə - "O, insanların ən xeyirlisidir" sözünü söyləmirəm:
"Qiyamət günü bir insan gətirilib oda atılacaq, bağırsaqları qarnından çıxacaq və o, eşşəyin dəyirman daşının ətrafında fırlandığı kimi onların ətrafında fırlanacaq və cəhənnəm əhli onun ətrafında toplanaraq deyəcəklər: Ey filankəs, sənə nə oldu? Sən xeyiri əmr edib, pislikdən çəkindirmirdinmi? O, deyəcək: Bəli, mən yaxşı işlər görməyi əmr edirdim, amma onu özüm etmirdim, pis əməllərdən çəkindirirdim, lakin özüm onu edirdim".