1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Ləə iləhə illəllah, artıq yaxınlaşmış şərrə görə vay olsun ərəblərin halına. Yəcuc və Məcuc bəndində bu boyda deşik açılmışdır

عَنْ زَيْنَبَ بِنْتِ جَحْشٍ رَضِيَ اللَّهُ عَنْها أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ عَلَيْهَا فَزِعًا يَقُولُ:
«لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَيْلٌ لِلْعَرَبِ مِنْ شَرٍّ قَدِ اقْتَرَبَ، فُتِحَ اليَوْمَ مِنْ رَدْمِ يَأْجُوجَ وَمَأْجُوجَ مِثْلُ هَذِهِ» وَحَلَّقَ بِإِصْبَعِهِ الإِبْهَامِ وَالَّتِي تَلِيهَا، قَالَتْ زَيْنَبُ بِنْتُ جَحْشٍ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ: أَنَهْلِكُ وَفِينَا الصَّالِحُونَ؟ قَالَ: «نَعَمْ إِذَا كَثُرَ الخَبَثُ».

Zeynəb bint Cəhşdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qorxu içində onun yanına girdi və dedi:
"Ləə iləhə illəllah, artıq yaxınlaşmış şərrə görə vay olsun ərəblərin halına. Yəcuc və Məcuc bəndində bu boyda deşik açılmışdır". Və baş barmağı ilə işarə barmağını bir dairə şəklində birləşdirdi. Zeynəb bint Cəhş (Allah ondan razı olsun) deyir: "Mən dedim: "Ya Allahın Rəsulu! Bizim aramızda əməli salehlər olduğu halda, biz hamımız həlak olacağıq?" O, dedi: "Bəli, əgər pislik artarsa!"

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 3346

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qorxmuş halda Zeynəb bint Cəhşin (Allah ondan razı olsun) yanına daxil oldu və baş verəcək, xoşagəlməz bir şeyin gözlənməsi xəbərini verərək dedi: “Ləə iləhə illallah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) Uca Allaha üz tutmaqdan başqa ondan heç bir qurtuluş yoxdur. Sonra o (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Vay olsun ərəblərin başına gələcək, artıq yaxınlaşmış şərdən. Bu gün Zul-Qarneynin tikdiyi Yəcuc və Məcuc bəndində bu böyüklükdə deşik açılmışdır və o, (deşiyin ölçüsünü göstərmək üçün) baş barmağı ilə işarə barmağını bir dairə şəklində birləşdirdi. Zeynəb (Allah ondan razı olsun) dedi: “Aramızda saleh möminlər olduğu halda, Allah bizi necə həlak edər? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: “Əxlaqsızlıq, pozğunluq, günahlar, zina, şərab və sair kimi pisliklər artarsa, hamı həlak olar.

Hədisin faydalarından

  1. Qorxu möminin qəlbini Allahı zikr etməkdən yayındırmaz. Çünki qəlblər Allahı zikr etməklə rahatlıq tapır.
  2. Günahları inkar etməyə və onların baş verməsinə maneə olmağa təşviq etmək.
  3. Hətta saleh insanlar çox olsa belə, günahların çoxluğu, onların yayılması və inkar edilməməsi hamının həlak olmasına səbəb olur.
  4. Müsibətlər həm saleh, həm də fəsadkar olan bütün insanları əhatə edir, lakin onlar niyyətlərinə uyğun olaraq dirildiləcəklər.
  5. "Artıq yaxınlaşmış şərdən vay olsun ərəblərin halına” sözündə ərəblər xüsusi qeyd edilib; çünki bunu deyəndə İslamı qəbul edənlərin əksəriyyəti onlar idi.

Tərcümələrə baxmaq

52 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية