1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis “Ey insanlar, dində həddi aşmaqdan çəkinin, həqiqətən də sizdən əvvəlkiləri dində həddi aşmaqları məhv etdi”

عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ:
قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَدَاةَ الْعَقَبَةِ وَهُوَ عَلَى نَاقَتِهِ: «الْقُطْ لِي حَصًى» فَلَقَطْتُ لَهُ سَبْعَ حَصَيَاتٍ، هُنَّ حَصَى الْخَذْفِ، فَجَعَلَ يَنْفُضُهُنَّ فِي كَفِّهِ وَيَقُولُ: «أَمْثَالَ هَؤُلَاءِ فَارْمُوا» ثُمَّ قَالَ: «أَيُّهَا النَّاسُ، إِيَّاكُمْ وَالْغُلُوَّ فِي الدِّينِ، فَإِنَّما أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمْ الْغُلُوُّ فِي الدِّينِ».

İbn Abbasdan (Allah hər ikisindən razı olsun) belə söylədiyi rəvayət edilir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Əqabə gününün səhəri dəvəsinin üstündə ikən belə buyurdu: “Mənə daşlar topla.” Mən onun üçün atılacaq böyüklükdə yeddi daş topladım. Onları ovucunda silkələdi və dedi: “Bu böyüklükdə olanları atın!”. Sonra dedi:“Ey insanlar, dində həddi aşmaqdan çəkinin, həqiqətən də sizdən əvvəlkiləri dində həddi aşmaqları məhv etdi”.

Səhih İbn Məcə, Ən-Nəsai və Əhməd rəvayət ediblər Sünən İbn Məcəh - 3029

Şərh (izah)

İbn Abbas (Allah hər ikisindən razı olsun) xəbər verir ki, o, Cəmarətul-Əqəbəyə daş atılan günün səhəri-Qurban bayramı günü, vida həccində Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanında idi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona çınqıl daşları yığmasını əmr etdi. O, da bir dənəsi noxud və ya fındıq böyüklüyündə olan yeddi daş topladı.Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onları əlinə qoydu, sonra onları silkələdi və dedi: "Bu böyüklükdə olanları atın". Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dini məsələlərdə ifratçılıq, şiddətli olmaq və həddi aşmaqdan çəkindirdi. Çünki, əvvəlki ümmətləri yalnız dində həddi aşmaq, ifratçılıq və şiddətli olmaq həlak etmişdir.

Hədisin faydalarından

  1. Dində həddi aşmağın qadağan edilməsi, bunun pis aqibətinin və həlak səbəbi olmasının bəyan olunması.
  2. Bizdən öncəki ümmətlərin düşdüyü xətalardan qorunmaq üçün onlardan ibrət almaq.
  3. Sünnəyə tabe olmağa təşviq etmək.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية