1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Sizi Allahın günahları sildiyi və dərəcələri yüksəltdiyi şeyə yönəldimmi?

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«أَلَا أَدُلُّكُمْ عَلَى مَا يَمْحُو اللهُ بِهِ الْخَطَايَا، وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ؟» قَالُوا بَلَى يَا رَسُولَ اللهِ قَالَ: «إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ، وَكَثْرَةُ الْخُطَا إِلَى الْمَسَاجِدِ، وَانْتِظَارُ الصَّلَاةِ بَعْدَ الصَّلَاةِ، فَذَلِكُمُ الرِّبَاطُ».

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:
"Sizi Allahın günahları sildiyi və dərəcələri yüksəltdiyi şeyə yönəldimmi?". Dedilər: "Bəli Ey Allahın elçisi". Dedi: "Çətinliklərə baxmayaraq dəstəmazı tam almaq, məscidlərə çoxlu addımlar atmaq, namazdan sonra növbəti namazı gözləmək və bu ribatdır".

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 251

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən soruşdu ki, onları, günahların bağışlanmasına, onların əməllərin yazan mələklərin kitabından silinməsinə və cənnətdə yüksək məqama səbəb olacaq əməllərə yönəltməyini istəyirlərmi?
Səhabələr dedilər: Bəli, biz bunu istəyirik. O, dedi:
Birincisi: Soyuq hava, su azlığı, bədən ağrısı və qaynar su kimi çətinliklər olsa da belə, dəstəmazı kamil və tam şəkildə almaq.
İkincisi: Evin uzaq olması səbəbiylə və təkrar-təkrar məscidlərə gedərək, atılan - iki ayaq arasında olan - addımları çoxaltmaq.
Üçüncüsü: Namazın vaxtını gözləmək, qəlbi ona (namaza) bağlamaq, ona hazırlıq görmək və onu camaatla qılmaq üçün məsciddə oturub gözləmək və namazı qıldıqda növbəti namaz üçün öz yerində gözləmək.
Sonra, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu işlərin həqiqi keşik çəkmək olduğunu izah etdi. Çünki o şeytanın insan üzərindəki yollarını bağlayır, nəfsi istəklərə qalib gəlir və onun vəsvəsələri qəbul etməsinə mane olur və onun vasitəsilə Allahın ordusu şeytanın əsgərlərini məğlub edir. Bu, ən böyük cihaddır və düşmənin sərhədində keşik çəkmək kimidir.

Hədisin faydalarından

  1. Məsciddə camaat namazını qılmağın, namazlara diqqət yetirməyin və ondan yayınmamağın əhəmiyyəti.
  2. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl təqdimatı və səhabələrini təşviq etməsi. Belə ki o, sual şəklində böyük bir savaba işarə edərək başladı və bu, öyrətmə üsullarından biridir.
  3. Məsələni sual və cavab şəklində təqdim etməyin faydası: söhbətin qeyri-müəyyən olması, sonra isə izah edilməsinə görə insana daha çox təsir edir.
  4. Ən-Nəvəvi (Allah ona rəhmət etsin) demişdi: "Bu, keşik çəkməkdir, yəni, təşviq edilən keşik çəkmək və keşik çəkməyin əsası bir şeyə bağlı qalmaqdır, sanki o, özünü bu itaətə həbs etmişdir. Həmçinin deyilmişdir: Bu, ən yaxşı keşik çəkməkdir, necə ki - Cihad nəfsin cihadıdır - deyilmişdir. Ola bilsin ki, mövcud və mümkün olan keşik çəkmək olsun, yəni: bu keşik çəkmənin növlərindən biridir".
  5. "Ər-Ribat" kəliməsi təkrar-təkrar işlədilmiş və "ال" artiklı ilə müəyyən edilmişdir; bu isə bu əməllərin qədr-qiymətini böyütmək üçündür.

Tərcümələrə baxmaq

56 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية