1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Sizə əməllərinizin ən xeyirlisini, Hökmradınızın yanında ən pak olanını, dərəcələrinizi ən çox artıranı

عَنْ أَبِي الدَّرْدَاءِ رضي الله عنه قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«أَلاَ أُنَبِّئُكُمْ بِخَيْرِ أَعْمَالِكُمْ، وَأَزْكَاهَا عِنْدَ مَلِيكِكُمْ، وَأَرْفَعِهَا فِي دَرَجَاتِكُمْ وَخَيْرٌ لَكُمْ مِنْ إِنْفَاقِ الذَّهَبِ وَالوَرِقِ، وَخَيْرٌ لَكُمْ مِنْ أَنْ تَلْقَوْا عَدُوَّكُمْ فَتَضْرِبُوا أَعْنَاقَهُمْ وَيَضْرِبُوا أَعْنَاقَكُمْ؟» قَالُوا: بَلَى. قَالَ: «ذِكْرُ اللهِ تَعَالَى».

Əbu Dərdadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Sizə əməllərinizin ən xeyirlisini, Hökmradınızın yanında ən pak olanını, dərəcələrinizi ən çox artıranı sizin üçün qızıl və gümüş xərcləməkdən daha xeyirlisini və sizin üçün düşməninizlə qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boynunuzu vurmaqdan daha xeyirli olanını xəbər verimmi?". Onlar dedilər: "Bəli". O, dedi: “Uca Allahı zikr etməkdir”.

Səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi Sünən Ət-Tirmizi - 3377

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən soruşdu:
İstəyirsinizmi ki, sizə izzət və cəlal sahibi olan, hökmdar Allahın yanında əməllərinizin ən fəzilətlisi, ən şərəflisi, ən üstünü, ən pakı və ən təmizi haqqında xəbər verim və sizi öyrədim?
Cənnətdə dərəcələrinizi ən çox artıracaq əməli?
Sizin üçün qızıl və gümüşü sədəqə verməkdən daha xeyirli olanı?
Sizin üçün kafirlərlə döyüşmək üçün qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boyunlarınızı vurmaqdan daha xeyirli olanı?
Səhabələr dedilər: Bəli, biz bunu istəyirik.
O(Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: (Bu əməl) hər zaman, hər şəkildə və hər vəziyyətdə Uca Allahı zikr etməkdir.

Hədisin faydalarından

  1. Həm zahirdə, həm də batində Uca Allahı zikr etməkdə davamlı olmaq, Uca Allaha yaxınlaşdıran ən böyük və ən faydalı əməllərdən biridir.
  2. Bütün əməllər Uca Allahın zikrini yerinə yetirmək üçün fərz edilmişdir. Uca Allah buyurmuşdur: "Və Məni zikr etmək üçün namaz qıl". Və o (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: "Kəbə ətrafında təvaf etmək, Səfa ilə Mərvə arasında səy etmək və Camaratda daş atmaq yalnız Uca Allahın zikrini yerinə yetirmək üçündür". Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişlər.
  3. Əl-İzz bin Əbdis-Sələm “Qavəid” kitabında belə demişdir: “Bu hədis ona dəlalət edir ki, savab bütün ibadətlərdə çəkilən əziyyətin miqdarına görə olmur. Hərdən Uca Allah az əməllərə görə çox əməllərin savabından artıq savab verir. Buna görə də savabın miqdarı (əməlin) şərəf dərəcəsindəki fərqindən asılıdır".
  4. Əl-Munəvi “Feydul-Qadir”də demişdir: “Bu hədis belə təfsir edilmişdir ki, zikr, onunla xitab edilən kəslər üçün daha xeyirli idi . Əgər bu xitab döyüşdə İslama fayda vermiş şücaətli, cəsur birisinə yönəlsə idi, ona cihad, kasıblara fayda verən varlıya yönəlsə idi, ona sədəqə, həccə qadir olan birisinə yönəlsə idi, ona həcc etmək və ata-anası sağ olan birisinə yönəlsə idi, ona, onlara yaxşılıq etmək (ən xeyirli əməl kimi) deyilərdi. Və bununla da xəbərlər arasında uyğunluq hasil olur".
  5. Ən kamil zikr, qəlbin təfəkkürü (fikirləşməsi) ilə birgə dilin söylədiyi zikrdir. Sonra yalnız təfəkkür kimi qəlblə olan, sonra isə yalnız dillə olan zikrdir. Və hər birində in şəə Allah mükafat vardır.
  6. Müsəlmanın səhər və axşam zikrləri, məscidə, evə, ayaqyoluna girib-çıxarkən və sair kimi hallarla bağlı zikrləri davamlı etməsi, onu Allahı çox zikr edənlərdən edir.

Tərcümələrə baxmaq

57 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية