1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis “Siz, özünüzdən əvvəlkilərin yolunu qarış-qarış, dirsək-dirsək izləyəcəksiniz

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَتَتَّبِعُنَّ سَنَنَ الَّذِينَ مِنْ قَبْلِكُمْ، شِبْرًا بِشِبْرٍ، وَذِرَاعًا بِذِرَاعٍ، حَتَّى لَوْ دَخَلُوا فِي جُحْرِ ضَبٍّ لَاتَّبَعْتُمُوهُمْ» قُلْنَا: يَا رَسُولَ اللهِ آلْيَهُودَ وَالنَّصَارَى؟ قَالَ: «فَمَنْ؟».

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
“Siz, özünüzdən əvvəlkilərin yolunu qarış-qarış, dirsək-dirsək izləyəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsələr belə, siz də onlara tabe olacaqsınız" Biz dedik: “Ey Allahın Rəsulu, Yəhudi və xaçpərəstlərin?” Dedi: “Bəs kimin?”

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihu Muslim - 2669

Şərh (izah)

Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) öz zamanından sonra ümmətindən bəzilərinin halının necə olacağını, yəni yəhudi və xaçpərəstlərin əqidəsində, əməllərində, adət-ənənələrində tutduqları yolu çox dəqiq bir şəkildə,qarış-qarış, dirsək-dirsək izləyəcəklərini, hətta onlar kərtənkələ yuvasına girsələr belə, bunların da oların arxasınca girəcəklərini xəbər verir.

Hədisin faydalarından

  1. Bu onun peyğəmbərliyinin əlamətlərindən bir əlamətdir. Belə ki, bu şey baş verməmişdən əvvəl bunu xəbər vermiş və xəbər verdiyi kimi də baş vermişdir.
  2. Müsəlmanların kafirlərə istər inanclarında, istər ibadətlərində, istər bayramlarında və istərsə də onlara xas geyimlərində bənzəməyinin qadağan edilməsi.
  3. Mənəvi şeylərin maddi nümunələrlə izah edilməsi İslamda təlim (öyrətmək) metodlarından biridir.
  4. Kərtənkələ: yuvası çox qaranlıq olan və üfunət iyisi verən heyvandır. Bu, çöllərdə çox rast gəlinən bir sürünəndir. Hədisdə məhz onun yuvasının xüsusiləşdirilməsi səbəbi: onun yuvasının dar və çirkin olmasıdır . Bununla yanaşı, onların izi ilə getdiklərinə və yollarına tabe olduqlarına görə, hətta belə çirkin dar yerə girsələr, yenə də onlara tabe olarlar! Allahdan yardım istəyirik.

Tərcümələrə baxmaq

57 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية