1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Get onun yanına, ona de ki: “Sən Cəhənnəm əhlindən deyilsən, sən Cənnət əhlindənsən» deyə buyurdu

عَنْ ‌أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللهُ عَنْهُ:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ افْتَقَدَ ثَابِتَ بْنَ قَيْسٍ، فَقَالَ رَجُلٌ: يَا رَسُولَ اللهِ، أَنَا أَعْلَمُ لَكَ عِلْمَهُ، فَأَتَاهُ فَوَجَدَهُ جَالِسًا فِي بَيْتِهِ، مُنَكِّسًا رَأْسَهُ، فَقَالَ: مَا شَأْنُكَ؟ فَقَالَ شَرٌّ، كَانَ يَرْفَعُ صَوْتَهُ فَوْقَ صَوْتِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَدْ حَبِطَ عَمَلُهُ، وَهُوَ مِنْ أَهْلِ النَّارِ، فَأَتَى الرَّجُلُ فَأَخْبَرَهُ أَنَّهُ قَالَ كَذَا وَكَذَا، فَرَجَعَ الْمَرَّةَ الْآخِرَةَ بِبِشَارَةٍ عَظِيمَةٍ، فَقَالَ: «اذْهَبْ إِلَيْهِ فَقُلْ لَهُ: إِنَّكَ لَسْتَ مِنْ أَهْلِ النَّارِ، وَلَكِنْ مِنْ أَهْلِ الْجَنَّةِ».

Ənəs bin Malikdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə (o belə demişdir):
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Sabit bin Qeysi bir neçə gün görmədi. Bir kişi: “Ey Allahın Rəsulu! Mən onun xəbərini öyrənib sənə gətirərəm” dedi. Kişi Sabitin evinə gedib baxdığında onu başını aşağı salıb, oturmuş bir halda olduğunu görüncə: “Sənə nə olub?” diyə soruşdu. O da: “Yaxşı deyiləm" dedi. Çünki mən səsimi Peyğəmbərin səsindən yuxarı qaldırırdım. Mənim əməlim batil oldu, Cəhənnəm əhlindən oldum” dedi. Kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib, Sabitin dediklərini bir-bir xəbər verərək durumu Ona anlatdı. Kişi ikinci dəfə Sabitin yanına böyük bir müjdə ilə qayıtdı. Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) «Get onun yanına, ona de ki: “Sən Cəhənnəm əhlindən deyilsən, sən Cənnət əhlindənsən» deyə buyurdu.

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 3613

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Sabit bin Qeysi (Allah ondan razı olsun) bir neçə gün görməyincə səhabələrindən onu soruşdu. Bu zaman bir kişi: “Ey Allahın Rəsulu! Mən onun nə üçün görünmədiyini və başına nə hadisə gəldiyini öyrənib sənə xəbər verərəm” dedi. Kişi Sabitin evinə gedib onu başını aşağı əyib, hüzünlü bir halda oturduğunu görüncə: “Sənə nə olub?” deyə soruşdu. O da, özünə toxunmuş şər barədə xəbər verdi. Çünki o, səsini Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) səsindən daha yüksək qaldırırdı. Uca Allah bunu edənin aməlinin batil, özünün isə Cəhənnəm əhlindən olacağını xəbər vermişdir.
Kişi, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək durumu Ona anlatdı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də kişiyə bir daha Sabitin yanına getməsini və onun Cəhənnəm əhlindən deyil, Cənnət əhlindən olduğunu xəbər verməsini əmr etdi. Çünki Sabit bin Qeysin səsi yaradılışından etibarən gur idi və həmçinin o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) və Ənsarın xətibi idi.

Hədisin faydalarından

  1. Sabit bin Qeysin (Allah ondan razı olsun) fəziləti və onun Cənnət əhlindən olmasının bəyanı.
  2. Hədisdə, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrini görmədikdə onlar barədə soruşması və onlara önəm verməsi ifadə edilmişdir.
  3. Səhabələrin (Allah onlardan razı olsun) əməllərinin boşa çıxmasından dolayı qorxmaları.
  4. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatda olarkən onunla danışarkən ədəbli olmağın, vəfatından sonra isə sünnəsini dinləyərkən səsin yüksəldilməməsinin vacib olması.

Tərcümələrə baxmaq

62 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية