Hədislərin siyahısı

475Hədislərin siyahısı

Hədislərin siyahısı 475

Dünyada ipək geyinən, axirətdə onu geyinməyəcək
Ən böyük cihadlardan biri, zalım hökmdar qarşısında ədaləti söyləməkdir”
Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) qiyamət haqqında soruşdu və dedi: Qiyamət nə vaxt olacaq? O, dedi: “Onun üçün nə hazırlamısan?”
Ləə iləhə illəllah, artıq yaxınlaşmış şərrə görə vay olsun ərəblərin halına. Yəcuc və Məcuc bəndində bu boyda deşik açılmışdır
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz otağında, pərdə arxasında olan bakirə qızdan daha həyalı idi, sevmədiyi bir şey gördüyündə, biz bunu onun üzündən anlayardıq
“Hər kim səmimi qəlblə Allahdan şəhidlik istəsə, yatağında ölsə belə, Allah onu şəhidlərin məqamına çatdırar.”
Qiyamət günü bir insan gətirilib oda atılacaq, bağırsaqları qarnından çıxacaq və o, eşşəyin dəyirman daşının ətrafında fırlandığı kimi onların ətrafında fırlanacaq
“Bu, yetmiş payız (il) əvvəl cəhənnəmə atılmış bir daşdır və o, bu vaxta qədər düşürdü və dibinə indi çatdı”
“Kim Allah yolunda cihad edəni təchiz edərsə, sanki özü cihad etmişdir. Hər kim Allah yolunda cihad edəni (ailəsinin qayğısına qalmaqda) əvəz edərsə, sanki özü cihad etmiş olar”
Kim mülayimlikdən məhrum olarsa, xeyirdən məhrum olar”
Kim dəstəmaz alar və onu kamil şəkildə yerinə yetirərsə, sonra cümə namazına gedər, dinləyər və sakit durarsa, onunla növbəti cümə arasındakı və əlavə üç günlük günahları bağışlanar
Sizi istədiyinizdən daha xeyirli bir şeyə yönəldimmi? Yatağınıza uzandıqda otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdu lilləh", otuz dörd dəfə "Allahu Əkbər" söyləyin və bu sizin üçün xidmətçidən daha xeyirlidir
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən səxavətlisi idi və Cəbrail onunla Ramazanda görüşdüyü zaman ən səxavətli olduğu vaxtı idi
Hər kim "Əl-Lat və Uzzaya and olsun" deyərək and içsə, “Lə iləhə illəllah” desin və kim öz yoldaşına: “Gəl, səninlə qumar oynayım" desə, sədəqə versin
Bilirsinizmi, müflis kimdir?
Allah qiyamət günü sizlərin hər birinizlə arada tərcüməçi olmadan danışacaq
“Kim yalan olduğunu zənn edilən bir hədisi mənim adımdan danışarsa, o, yalançılardan biridir”
məscidə daxil olanda belə deyərdi: “ Əuzu billəhil-Azim və bivəchihil-kərim və sultanihil-qadim, minəşşeytanir-racim
Uca Allah Qiyamət günü əzabı ən yüngül olan cəhənnəm əhlinə deyəcək: Əgər yer üzərində olanlar sənin olsaydı, onları bu əzabdan qurtulmaq üçün verərdinmi? O, deyəcək: Bəli
Uca Allah cənnət əhlinə deyəcək: Ey cənnət əhli? Onlar: “Əmrinə müntəzirik, ey Rəbbimiz və sənə tabeyik” deyəcəklər. Allah deyəcək: “Razı qaldınızmı? Onlar cavab verəcəklər: “Sən, yaratdıqlarından heç kimə vermədiyin şeyi bizə bəxş etdiyin halda, biz nə üçün razı olmayaq?
Bir müsəlman gözəl şəkildə dəstəmaz alar, sonra qalxıb iki rükət namaz qılar və bu iki rükətə qəlbi və üzü ilə yönələrsə, ona Cənnət vacib olar
Bütlərə və atalarınıza and içməyin
“Kişilər üçün səflərin ən xeyirlisi birincisi, ən pisi sonuncusudur, qadınlar üçün isə səflərin ən xeyirlisi sonuncusu, ən pisi isə birincisidir.”
“Həqiqətən, bu iki namaz münafiqlər üçün ən ağır namazlardır və əgər siz bu namazlarda olan savabı bilsəniz, dizləri üstündə iməkləyərək olsa belə, (məscidə) gələrsiniz
Ey Allahın elçisi, Sədin anası vəfat etdi, hansı sədəqə daha fəzilətlidir? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Su sədəqəsi". Dedi: Bir quyu qazdı və "bu Sədin anası üçündür" dedi
Ey Abbas, ey Allah Rəsulunun əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə
Bu iki şey ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) köpək dişi olan hər yırtıcının və caynağı olan hər quşun ətini yeməyi qadağan etdi
Şüphəsiz Allah xalis olaraq Onun üçün edilən və Onun razılığı axtarılan əməldən başqa heç bir əməli qəbul etməz
Səcdə etdiyin zaman əllərini yerə qoy və dirsəklərini qaldır
Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalını halal, haramını haram olaraq etiqad etsəm
İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin də Allahın Rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaqla əmr olundum
“İnsanlara iddialarına görə istədikləri verilsəydi, insanlar başqalarının malını və qanını tələb edərdilər, lakin dəlil iddia edənin, and isə inkar edənin üzərinə vacibdir”
Allah və Rəsulu şərab, ölü əti, donuz və bütlərin satışını haram etmişdir
İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" - sözüdür
Dünyada bir qərib və ya bir müsafir kimi ol!
Dilin daima Allahı zikr etməklə yaş qalsın
Yaxşılıq - gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini xoşlamadığın şeydir
Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" kəlməsi) sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə, sizdən birinizin (öz zövcəsi ilə) yaxınlıq etməsi də sədəqədir
Allahın qadağan etdiyi bu çirkin işdən çəkinin. Kim (bu günaha) düşərsə, qoy Allahın örtüyü ilə örtünsün və Allaha tövbə etsin. Çünki kim günahını bizə göstərərsə, biz ona İzzət və Cəlal sahibi olan Allahın kitabındakı cəzanı tətbiq edərik
Uca Allah bəzi əməlləri fərz etmişdir, onları zay etməyin. Bəzi hüdudlar qoymuşdur, onları aşmayın. Bəzi şeyləri isə haram buyurmuşdur, onları etməyin. Bəzi işlər barədə unutqanlıqdan deyil də, lakin sizə mərhəmət olaraq susmuşdur, elə isə onları araşdırmayın
Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır
İslam beş təməl üzərində qurulub
Sizlərdən birinizin yaradılışı (embrion) anasının bətnində qırx gündə cəm edilir
Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar
Şübhəsiz ki, halal olan şeylər bəllidir, haram olan şeylər bəllidir
Din nəsihətdir
Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin, nəyi də sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin
“Ey insanlar, həqiqətən, Uca Allah pakdır və yalnız pak olanları qəbul edər. Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir
Sənə şübhə verən şeyi, şübhə verməyən şeylə dəyiş
Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz
Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir
“Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəm: Allahı qoru ki, (yəni günahlardan çəkin, yalnız ona ibadət et) Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında görəsən. Bir şey istədikdə, Allahdan istə. Kömək istədikdə, yenə də Allahdan kömək istə
İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" - sözüdür
mənə İslamda elə bir şey söylə ki, onu səndən başqa heç kimdən soruşmayım. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: De ki: "Allaha iman gətirdim, ardınca da doğru yolu tut
Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutsam, Allahın halalını halal, haramını haram saysam
Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh zikri tərəzini doldurur. Subhənallah və Əlhəmdulilləh sözləri isə göylə yer arasını doldurur
İnsandakı hər bir oynaq sümüyünə görə sədəqə vermək lazımdır
“Sizə Allahdan qorxmağı, əmiriniz bir kölə olsa belə, ona tabe olub, itaət etməyi tövsiyyə edirəm. Məndən sonra sizdən kim yaşasa çoxlu ixtilaflar görəcəkdir. Belə olduğu təqdirdə siz mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun
Sən məndən əzəmətli bir şey barədə soruşdun. Həqiqətən o Allahın asanlaşdırdığı kimsələr üçün asandır
Dində (başqasına) zərər vermək və zərəri zərər ilə qarşılamaq da olmaz
“İnsanlara iddialarına görə istədikləri verilsəydi, insanlar başqalarının malını və qanını tələb edərdilər, lakin dəlil iddia edənin, and isə inkar edənin üzərinə vacibdir”
“Allah yaxşı və pis əməlləri yazmış, sonra da bunları bəyan etmişdir
Uca Allah belə demişdir: Kim mənim bir vəlimə (dostuma, yaxın quluma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum Mənə, ona fərz etdiyim ibadətlərdən daha sevimli başqa bir şeylə yaxınlaşa bilməz
“Sizin heç biriniz nəfsi istəkləri mənim gətirdiyimə tabe olmadıqca, iman etmiş olmaz”
Hər bir sərxoşedici içki haramdır.
Dörd xislət kimdə olarsa o, xalis münafiq olar, kimdə bunlardan bir xislət olarsa, onu tərk edənə qədər özündə nifaqdan bir xislət qalmış deməkdir: danışdığı zaman yalan danışar, əhd etdiyi zaman sözündə durmaz, vəd verdiyi zaman ona xilaf çıxar, düşmənçilik etdiyi zaman da ədalətsiz olar
Əgər siz Allaha layiqincə təvəkkül etsəydiniz, O, səhər yuvasından ac çıxıb, axşam tox qayıdan quşu ruziləndirdiyi kimi, sizi də ruziləndirərdi
Yaxşılıq: gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini istəmədiyin şeydir
Dilin daima Allahı zikr etməklə yaş qalsın
Həqiqətən Allah mənim xətrimə ümmətimin xətadan, unutqanlıq üzündən və məcburiyyət qarşısında qalıb etdiyi günahlarından keçmişdir
“Dünyada zahid ol, Allah səni sevsin, insanların əlindəkinə də göz dikmə, insanlar səni sevsin”
“Süd əmizdirmə, doğuşun haram etdiyi şeyləri haram edir”
Adəm övladı qarnından daha şərli bir qab doldurmamışdır. İnsana, belini dik tutacaq bir neçə loxma kifayət edər. Əgər bu kifayət etməzsə, o zaman qarnının üçdə birini yeməyinə, üçdə birini içkisinə, üçdə birini isə nəfəsinə ayırmalıdır
Kişinin, özünə aid olmayan şeyi tərk etməsi, onun İslamının gözəlliyindəndir