Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hökm verərkən rüşvət verənə və rüşvət alana lənət etmişdir
Bir-birinizə həsəd etməyin, bir-birinizi aldadaraq qiyməti qaldırmayın, bir-birinizə nifrət bəsləməyin, bir-birinizə arxa çevirməyin, biriniz digərinizin satışı üzərinə satış etməsin. Ey Allahın qulları, qardaş olun!
Ey insanlar! Allah sizdən cahiliyətin təkəbbürünü və ata-babalarınızla gürurlanmağı aradan qaldırmışdır
İki müsəlman qılıncla (bir-birini öldürmək üçün) qarşı-qarşıya gəlirsə, öldürən də, ölən də cəhənnəmdədir
Bir insana din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalması caiz deyildir, onlar görüşdükdə birisi digərindən üz çevirər, digəri də bunu təkrar edər. Sözsüz ki, onların ən xeyirlisi birinci salamlaşandır
Kim mənə iki çənəsi arasındakını (dilini) və iki ayağı arasındakını (övrət yerini haramdan qorumağa) zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm
Kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən oruc şəhvəti qırır
Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun!
Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) (əcnəbi qadına) qəflətən(qeyri-qəsdli) olan baxış haqqında soruşdum və mənə baxışımı kənara çəkməyi əmr etdi
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əli ilə ağ-qara buynuzlu iki qoç qurban kəsdi və "Bismilləh, Allahu Əkbər!" dedi və ayağını onların boynuna qoydu
İpək və atlaz geyinməyin, qızıl və gümüş qablardan içməyin və onlardan hazırlanmış qablarda yemək yeməyin, çünki bunlar dünyada onlar (kafirlər) üçün, axirətdə isə bizim üçündür”
“Qələm üç nəfərdən qaldırılmışdır: yuxudan oyanana qədər yatan kəsdən, həddi-büluğa çatana qədər uşaqdan və ağlı başına gələnə qədər dəlidən”
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) saçın bir hissəsinin kəsib, digər hissəsini saxlamağı qadağan etdi
Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlar arasında ən gözəl əxlaqa sahib idi
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqqabısını geyindiyi, saçlarını daradığı, təmizləndiyi zaman və bütün işlərində sağla başlamağı sevərdi
Ədalətli olanlar Allah qatında, izzət və cəlal sahibi Rəhmanın sağındakı nurdan olan minbərlər üzərindədirlər. Allahın hər iki əli də sağdır
Nə (özünə və ya başqasına) zərər vermək, nə də zərərə zərərlə qarşılıq vermək olmaz, kim başqasına zərər verərsə, Allah onu zərərə uğradar, kim başqasına çətinlik törədərsə, Allah onu çətinliyə salar
Dörd xislət kimdə olarsa o, xalis münafiq olar, kimdə bunlardan bir xislət olarsa, onu tərk edənə qədər özündə nifaqdan bir xislət qalmış deməkdir: danışdığı zaman yalan danışar, əhd etdiyi zaman sözündə durmaz, vəd verdiyi zaman ona xilaf çıxar, düşmənçilik etdiyi zaman da ədalətsiz olar
Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar
Qiyamət günü, heç bir qul həyatını necə keçirməsi, elmi ilə nə işlər görməsi, malını haradan qazanıb hara xərcləməsi və bədənini harada yorduğu haqqında soruşulmadıqca yerindən tərpənməyəcək
Dul qadına və kasıba əl tutan şəxs, Allah yolunda cihad edən və ya gecələri yorulmadan namaz qılıb, gündüzləri oruc tutan şəxs kimidir”
Rəhm edənlərə (mərhəmətli olanlara) Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin
Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”
Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (əlhəmdu-li-Lləh) deyənə: (yərhəmukə-Llah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir
Siz iman gətirməyincə cənnətə daxil olmazssızvə bir-birinizi sevməyincə də iman gətirmiş sayılmazsınız. Sizə elə bir şey deyimmi ki, onu etsəniz bir-birinizi sevərsiz? Aranızda salamı yayın
Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: "İslamın hansı əməli daha xeyirlidir?". O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”
“Həqiqətən din asandır. Kim dini çətinləşdirərsə, din ona üstün gələr. Düzgünlüyə riayət edin, (bacarmasanız çalışın ona) yaxınlaşın
Biz bir gün Ömərin yanında idik, o, belə dedi: “Bizə, təkəlluf etmək (çətinləşdirmək) qadağan edildi”
Sizdən biri yediyi zaman sağ əli ilə yesin, içdiyi zaman da sağ əli ilə içsin. Çünki şeytan, sol əli ilə yeyir və sol əli ilə içir
Bir kişi Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə bir süfrə arxasında sol əli ilə yemək yeyirdi, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): “Sağ əlinlə ye”- dedi. O isə "Bacarmıram" deyə cavab verdi. Dedi: "Heç bacarmayasan
Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin (Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları bağışlanar
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) asqırdığı zaman əlini və ya paltarını ağzının üstünə qoyar və onunla səsini aşağı salardı
Həqiqətən Allahın sizə buyurduğu vacib əməlləri sevdiyi kimi, rüxsətlə (yüngülləşdirici) buyurduğu əməlləri də etmənizi sevir
“Müsəlmanın başına gələn bəlalar içərisində elə bir yorğunluq, xəstəlik, dərd, kədər, əziyyət və sıxıntı, qəm, hətta bədəninə batan tikan kimi bəla yoxdur ki, Allah buna görə onun günahlarını bağışlamasın”
Mömin kişi və mömin qadının, günahlardan tam təmizlənmiş halda Allahla qarşılaşana qədər özündə, övladlarında və malında bəla baş verməyə davam edər
Bir qul xəstələndiyindən və ya səfərə çıxdığından dolayı davamlı olaraq etdiyi ibadətləri etməzsə, ona müqim(sakin olduğu) və sağlam olarkən etdiyi əməllərin savabı kimi savab yazılar
onlar Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) on ayə öyrənərdilər və bu ayələrdəki elm və əməli həyatlarında tətbiq etməyincə digər ayələrə keçməzdilər
Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir
Bu Quranı daima oxuyun! Canım əlində olan Allaha and olsun ki, o (sahibini) kəndirdən açılıb qaçan dəvədən daha tez tərk edir
Ey Əbul Munzir, bilirsənmi, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?". Dedi: Mən cavab verdim: "Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur" [Əl bəqərə 2 surəsi, ayə 255]. O sinəmə vurub dedi: "Ey Əbul Munzir, vallahi elm sənə mübarək olsun
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et
Paltar köhnəldiyi kimi içinizdəki iman da köhnəlir. Allahdan qəlblərinizdəki imanın yenilənməsini istəyin
Allahdan rəbb olaraq, İslamdan din olaraq, Muhəmməddən rəsul olaraq razı olan kəs imanın şirinliyini dadmışdır
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər" (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru)
Sizə əməllərinizin ən xeyirlisini, Hökmradınızın yanında ən pak olanını, dərəcələrinizi ən çox artıranı
Sən məndən əzəmətli bir əməl barədə soruşdun. Həqiqətən də o Allahın asanlaşdırdığı kimsələr üçün asandır
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar
Allaha ən sevimli olan dörd kəlimə vardır: Subhanallah (Allah nöqsanlardan pakdır), əlhəmdulilləh (həmd yalnız Allaha məxsusdur), ləə iləhə illəllah (Allahdan başqa ibadətə layiq ilah yoxdur), Allahu əkbər (Allah ən böyükdür). Hansıyla başlasan zərəri olmaz
Kim on dəfə, "Lə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhulmulku və ləhulhəmdu və huva alə kulli şeyin qadir" söylərsə
Kim gün ərzində yüz dəfə Subhənallahi və bihəmdihi deyərsə, günahları dəniz köpüyü qədər olsa belə bağışlanar
Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur
Subhənallah valhəmdulilləh, və ləə iləhə illallah,vallahu əkbər" söyləmək günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir
Zikrin ən fəzilətlisi: «Lə iləhə illəllah» kəlməsidir, duanın ən fəzilətlisi isə: «Əlhəmdulilləh» sözüdür
“Kim bir məkana çatıb, orada dayanıb qalarsa, ardınca “Yaratdıqlarının şərindən Allahın kamil kəlmələrinə sığınıram” duasını oxuyarsa, ona, həmin yeri tərk edənə qədər heç bir ziyan dəyməz”
Sizdən biri məscidə daxil olduqda: Allahummə-ftəh li əbvabə rahmətik [Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!], məsciddən çıxdığı zaman isə: Allahummə inni əsəlukə min fədlik [Allahım, Sənin lütfündən diləyirəm] desin
İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur
Ey Allahın Rəsulu, böyük və kiçik günah nə varsa hamısını etmişəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) :Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şahidlik etmirsənmi?
Biz nəfsimizdə dilə gətirə bilməyəcək dərəcədə böyük bir hisslər keçiririk. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Həqiqətən bu hissləri keçirirsinizmi? "Onlar "Bəli" deyə, cavab verdilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Bunu hiss etməyiniz sizin həqiqi imanınızı göstərir
Əməllər altı növ, insanlar isə dörd qismə bölünür. Bunları vacib edən iki amil var. Bəzi yaxşı əməllərin qarşılığı misli-mislinə olduğu halda, başqa yaxşı əməllərin qarşılığı on qat verilir, bəzilərinin isə qarşılığı isə yeddi yüz qatdır
Münafiqin məsəli, iki qoyun sürüsü arasında tərəddüdlə ora bura gedən çaşqın qoyun kimidir, gah bir sürüyə gedər, gah da digərinə
Qiyamətin əlamətlərindən, elmin aradan qalxması, cəhalətin yayılması, zinanın artması, haram içkilərin istifadəsinin çoxalması, kişilərin azalması, qadınların artmasıdır ki, əlli qadına bir kişi düşəcək
Siz yəhudilərlə döyüşmədikcə, arxasında yəhudinin gizləndiyi daş: "Ey müsəlman, arxamda yəhudi var, gəl onu öldür"-söyləmədikcə Qiyamət qopmaz
Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. İnsanlar günəşin məğribdən çıxdığını gördükdə hamısı Allaha iman gətirəcəklər
Mən hovuzun başında ikən sizlərdən yanıma gələni gözləyəcəyəm, lakin bəzi insanlar məndən uzaqlaşdırılacaqlar və mən :"Ya Rəbbi, onlar məndən, mənim ümmətimdəndirlər
Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, hovuzun qabları buludsuz zülmət gecədə, səmada görünən ulduz və səma cisimlərindən çoxdur
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir məsələni qeyd edib dedi: "Bu, elmin yoxa çıxacağı zaman baş verəcək
Kitab əhlinin sözlərini nə doğru qəbul edin, nə də yalanlayın və deyin : {Biz Allaha və bizə nazil olana iman gətirdik.}
Allah doğru yola misal çəkir. Yolun iki tərəfində iki divar, divarlarda açılmış qapılar, qapıların üzərinə isə endirilmiş qeyri şəffaf pərdələr vardır. Yolun qapısında bir bələdçi çağırış edir: Ey insanlar, hamınız doğru yola yönəlin, ondan dönməyin
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona "bismilləhir-rahmənir-rahim" enməyincə bir surəni digərindən ayrıldığını bilməzdi
Quranı aşkardan oxuyan aşkardan sədəqə verən kimidir, Quranı gizli oxuyan isə gizli sədəqə verən kimidir
Kim (qiyamət günü) Allahın hüzuruna heç bir şeyi Ona şərik qoşmadan çıxarsa, Cənnətə girər. Kim də Ona şərik qoşaraq çıxarsa, Cəhənnəmə girər
Kim bir müsəlmana zərər verərsə, Allah da ona zərər verər. Kim bir müsəlmanı çətinliyə salarsa, Allah da onu çətinliyə salar
Həqiqətən Allah təqvalı, zəngin qəlbli, gözlərdən gizli-nəzərə çarpmayan(şan-şöhrətdən uzaq) qulunu sevir
Kim astrologiya ilə baxıcılıq elminə yiyələnərsə, sehrin bir növünə yiyələnmiş olar, bu yöndə elmi artıqca günahı da artar
Bu, cinlərin səmada haqq sözünü eşidərək qapıb və dostlarının qulağına toyuğun dən yeyərkən qaqıldadığı kimi qaqıldayaraq eşitdiklərini onlara xəbər verməsidir, üstəlik ötürdükləri məlumata yüz yalan qatarlar.”
Biz, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) çətinlikdə və rahatlığda, sevincli və kədərli anlarda, başqaları bizdən üstün tutulduğu zamanlarda əmr sahiblərini dinləyib itaət etməyə
İşiniz bir adamın üzərində cəm olmuşkən, kim gəlib sizin birliyinizi sındımaq və ya camaatınızı parçalamaq istərsə onu öldürün!
Axır zamanda nə sizin nə də ata-babalarınızın eşitmədiyi şeyləri danışan kimsələr olacaqdır. Onlardan uzaq durun, onları da özünüzdən uzaq tutun
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına müsəlman olmaq üçün gəldim, O mənə: su və sidr ilə yuyunmağımı əmr etdi
Ey insanlar! Bu gördüyünüz şeyləri yalnız mənə uymanız və mənim namazımı öyrənəsiniz deyə etdim» deyə buyurdu
Həqiqətən insanların ən yaramazı Qiyamətin qopacağı an hələ də həyatda olanlar və qəbirləri məscidlərə çevirənlərdir
Bir insan hansısa bir qəbrin yanından keçərkən belə deyər: "Kaş ki, onun yerində mən olaydım" deməyincə Qiyamət qopmayacaq
(Yanına çatdıqda) dedik: “Sən bizim seyyidimizsən.” Dedi: “Seyyid Allahdır”. Biz dedik: "Sən bizim ən fəzilətlimiz və ən böyüyümüzsən". O, dedi: “Öz sözlərinizlə danışın, şeytan sizi (tərifdə həddi aşmağa) sürükləməsin
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Ənsar haqqında belə dediyini rəvayət edilir: "Onları yalnız mömin sevər və münafiqdən başqa heç kim onlara nifrət etməz. Kim onları sevsə, Allah da onu sevər. Kim onlara nifrət edərsə, Allah da ona nifrət edər”
və onlar üçün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) aldığı şəkildə dəstəmaz aldı
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) və mən, hər ikimiz də cünub olduqda bir qabdan yuyunardıq. Mən heyz olduqda isə, mənə (göbəkdən dizlərə qədər) örtünməyi əmr edər və mənimlə (cinsi əlaqə olmadan) yaxınlıq edərdi
Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna, namaz qılmağa, zəkat verməyə, (başçıya) eşidib itaət etməyə və hər bir müsəlmana nəsihət etməyə Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) beyət etdim
Rəbbiniz olan Allahdan qorxun və beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, rəhbərlərinizə itaət edin, (beləliklə) Rəbbinizin cənnətinə daxil olun
Məni elə bir əmələ yönəlt ki, onu edəcəyim təqdirdə cənnətə girim. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha heç bir şeyi şərik qoşmadan ibadət et, fərz namazlarını qıl, vacib olan zəkatı ver və Ramazan orucunu tut.”
bəs (indi) nəyin üzərinə beyət edirik?" O: “ Allaha ibadət edib, Ona heç bir şeyi şərik qoşmamanıza, beş vaxt namaza, itaət edəcəyinizə– bundan sonra səsini aşağı salaraq- və insanlardan heç nə istəməyəcəyinizə.”
Kişinin camaatla qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi və bir neçə qat daha üstün olur
Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələcək başqa bir şey yoxdur. Həqiqətən Uca Allah, əxlaqsız və çirkin söz (və davranış) sahiblərinə nifrət edir
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək?
Bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və onunla bəzi məsələlər haqqında danışdı və dedi: “Allah və sən istədin”. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən məni Allahla bərabərmi etdin? De ki: “Yalnız Allah istədi (oldu).”
"De:Ləə iləhə illallahu vəhdəhu lə şərikə ləhu, Allahu Əkbər kəbiran, vəl-həmdu lilləhi kəsiran, Subhənallahi Rabbil-ələmin, lə həvlə və ləə quvvətə illə billəhil-əzizil-həkim!
Quran oxuyan möminin misalı sitrus meyvəsi kimdir, dadı və iyisi gözəldir. Quran oxumayan möminin misalı xurma kimidir, iyisi yoxdur, dadı isə şirindir
Ard-arda söylənən bəzi kəlimələr vardır ki, onları fərz namazlarından sonra deyən- və ya edən - ziyana uğramaz. Bu, otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir
Cəhənnəm əhlindən mənim (hazırda) görmədiyim iki sinif insan var: İnək quyruğuna bənzər qamçıları olan və onunla insanları vuran kəslər və kişiləri başdan çıxaran və özləri də azmış, geyinmiş çılpaq qadınlar
Biz (heyzdən) təmizləndikdən sonra gördüyümüz bulanıqlığı və sarılığı bir şey (heyzdən) hesab etməzdik
Cümə günü qüsl almaq hər bir həddi buluğa çatan şəxsə vacibdir. Dişlərini misvaklaması və əgər varsa ətir vurması isə sünnətdir
Ey Allaın elçisi, biz cihadı ən üstün əməl görürük, elə isə vuruşmayaqmı? O, dedi: “Xeyr, lakin (siz qadınlar üçün) ən üstün cihad qəbul olunmuş həccdir”
Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir
Mən Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idim və o, bir zibilxananın yanına gəldi və ayaq üstə su başına çıxdı (idrar etdi)
Sizə Dəccal haqqında heç bir peyğəmbərin öz qövmünə demədiyi şeyləri söyləyimmi? O, tək gözlüdür və özü ilə cənnət və cəhənnəmə bənzər şey gətirir,
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılarkən (səcdədə) əllərini qoltuqaltılarının ağartısı görünənə qədər aralayardı
“Kişinin xərclədiyi ən üstün dinar ailəsi üçün xərclədiyi dinar, Allah yolunda miniyinə xərclədiyi dinar və Allah yolunda vuruşan yoldaşlarına sərf etdiyi dinardır.”
(Öz-özünə) yoluxucu xəstəlik yoxdur, uğursuzluq əlaməti yoxdur, bayquş və səfər ayında uğurszuluq yoxdur. Cüzama yoluxmuş xəstədən aslandan qaçdığın kimi qaç
Əgər insanlar zalımı görüb, onun zülmünə maneə olmasalar, Allahın öz əzabını onların hamısına göndərməsi yaxın olar
Burnu yerlə sürünsün, sonra burnu yerlə sürünsün sonra burnu yerlə sürünsün" Deyildi: "Kimin, ey Allahın Rəsulu?" Dedi: “Ata-anasından birinə və ya hər ikisinə yaşlı vaxtına yetişən və Cənnətə daxil olmayan kəsin”
Müsəlmandan qəbirdə soruşulduqda: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət verər”
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi döyüşlərində bir qadın öldürülmüş halda tapıldı. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) qadınların və uşaqların öldürülməsini pislədi
nəzir etməyi qadağan etdi və dedi: “O, xeyir gətirməz, əksinə, onunla yalnız xəsisdən nə isə əldə edilər”