1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaza başlayanda əllərini çiyinləri səviyyəsində qaldırardı,

عَن ابْنِ عُمَرَ رضي الله عنهما:
أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَرْفَعُ يَدَيْهِ حَذْوَ مَنْكِبَيْهِ إِذَا افْتَتَحَ الصَّلَاةَ، وَإِذَا كَبَّرَ لِلرُّكُوعِ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ، رَفَعَهُمَا كَذَلِكَ أَيْضًا، وَقَالَ: «سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، رَبَّنَا وَلَكَ الحَمْدُ»، وَكَانَ لاَ يَفْعَلُ ذَلِكَ فِي السُّجُودِ.

İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaza başlayanda əllərini çiyinləri səviyyəsində qaldırardı, həmçinin rukuya getmək üçün təkbir gətirdikdə və başını rukudan qaldırdıqda da əllərini qaldırardı və "Səmia-Llahu limən həmidəh, Rabbənə və ləkəl-həmd" deyərdi, səcdə edərkən isə bunu etməzdi.

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 735

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz əsnasında üç yerdə əllərini çiyin səviyyəsində qaldırardı ki, bu da çiyin sümüyü ilə qol sümüyünün birləşdiyi yerdir.
Birinci yer: Namaza ihram (açılış) təkbiri ilə başladıqda.
İkincisi: Rukuya getmək üçün “Allahu Əkbər” dedikdə.
Üçüncüsü: Rukudan başını qaldırdıqda və "Səmiəllahu limən həmidəh, Rabbənə və ləkəl-həmd" dedikdə.
Nə səcdə etməyə başlayanda, nə də səcdədən qalxarkən əllərini qaldırmazdı.

Hədisin faydalarından

  1. Namazda əlləri qaldırmağın hikmətlərindən biri, onun namazın bəzəyi olması və pak olan Allahın təzim edilməsidir.
  2. Əbu Davud və başqalarının Əbu Humeyd əs-Səididən nəql etdikləri rəvayətdə, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əllərini dördüncü yerdə də qaldırması sabit olmuşdur. Bu isə üç və dörd rükətli namazlarda, birinci təşəhhüddən ayağa qalxdıqdadır.
  3. Həmçinin iki “Səhih”də (Buxari və Muslimin səhihləri) Malik bin Əl-Hüveyrisin nəql etdiyi rəvayətdə olduğu kimi, onun (Allahın salavatı və salamı onun üzərinə olsun) əllərini qulaqlarına toxunmadan, qulaqları səviyyəsində qaldırması sabit olub: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) təkbir gətirdikdə əllərini qulaqları səviyyəsində olana qədər qaldırardı”.
  4. "Səmiəllahu limən həmidəh" və “Rabbənə və ləkəl-həmd " zikrlərinin hər ikisini də demək, imama və namazı tək qılan kəsə aiddir , məmum (imamın arxasında namaz qılan) kəs isə yalnız : “Rabbənə və ləkəl-həmd " deyir .
  5. Rukudan sonra deyilən “Rabbənə və ləkəl-həmd " sözü Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) dörd formada səhih olaraq sabit olmuşdur ki, bu onlardan biridir. Daha yaxşı olar ki, insan bu formaların hər birini öyrənsin və hər dəfə birini söyləsin.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية