1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Kim təmimə taxarsa, artıq Allaha şərik qoşmuş olar

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِيِّ رضي الله عنه:
أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقْبَلَ إِلَيْهِ رَهْطٌ، فَبَايَعَ تِسْعَةً وَأَمْسَكَ عَنْ وَاحِدٍ، فَقَالُوا: يَا رَسُولَ اللهِ، بَايَعْتَ تِسْعَةً وَتَرَكْتَ هَذَا؟ قَالَ: «إِنَّ عَلَيْهِ تَمِيمَةً»، فَأَدْخَلَ يَدَهُ فَقَطَعَهَا، فَبَايَعَهُ، وَقَالَ: «مَنْ عَلَّقَ تَمِيمَةً فَقَدْ أَشْرَكَ».

Uqbə bin Amir əl-Cuhənidən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur:
Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir qrup gəldi ve o, doqquz nəfərin beyətini qəbul etdi ve birinin beyətini qəbul etmədi. Onlar dedilər ki: Ey Allahın Rəsulu, doqquz kişinin beyətini qəbul edib, bunu tərk etdinmi? Allahın Rəsulu "Onun üzərində təmimə (muska) var" dedi. Həmin adam əlini (paltarının içinə) saldı və təmiməni kəsdi. Allah Rəsulu da, həmin adamın beyətini qəbul etdi və dedi: "Kim təmimə taxarsa, artıq Allaha şərik qoşmuş olar".

Həsən Əhməd rəvayət etdi Müsnəd Əhməd - 17422

Şərh (izah)

Bir qrup dəstə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və sayları on idi. Onlardan doqquzu ilə İslama girmək və tabe olmaq üzərinə beyət etdi, onuncu nəfərlə isə beyət etmədi. Bunun səbəbi haqqında soruşulduqda, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: Onun üzərində təmimə (amulet, muska) var. Bu, göz və ya zərərdən qorunmaq üçün bağlanmış və ya asılmış muncuq və digər şeylərdir. Kişi əlini təmimə olan yerə saldı, onu kəsib atdı və ondan qurtuldu. Bu zaman Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onun beyətini qəbul etdi və təmimələrdən çəkindirərək və onların hökmünü bəyan edərək buyurdu: "Hər kim təmimə taxarsa, o, artıq şirk qoşmuş olar."

Hədisin faydalarından

  1. Kim Allahdan qeyrisinə güvənərsə, Allah da onunla niyyətinin əksinə davranar.
  2. Təmimələri taxmağın zərər və gözdən qorunmağa səbəb olduğuna etiqad etmək kiçik şirkdir. Lakin, onların öz-özlüyündə fayda verdiklərinə inansa, böyük şirkdir.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية