1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis “İçində it və şəkil olan evə mələklər girməz”

عَنْ أَبِي طَلْحَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لاَ تَدْخُلُ المَلاَئِكَةُ بَيْتًا فِيهِ كَلْبٌ وَلاَ صُورَةٌ».

Əbu Talhadan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu:
“İçində it və şəkil olan evə mələklər girməz”.

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 3322

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verdi ki, rəhmət mələkləri, içində it və ya ruhu olan canlıların şəkli olan evə girməzlər. Çünki ruhu olan bir canlının şəklini çəkmək böyük günahdır və onda Allahın yaratmasına bənzəmək və şirkə aparan vasitələrdən bir vasitə vardır, bəziləri isə Allahdan başqa ibadət edilən şeylərin şəklidir. İt olan evdən çəkinmələrinin səbəbinə gəlincə: İtlərin çox nəcasət yediyinə və bəzilərinin şeytan adlandırıldığına görədir; mələklər isə şeytanların ziddidir. Həmçinin itin pis iyili olmasına görədir; mələklər isə pis qoxunu sevmirlər, həmçinin it saxlamağın şəriət tərəfindən qadağan edilməsinə görədir; buna görə də, it saxlayan şəxs, rəhmət mələklərinin evinə daxil olmalarından, orada namaz qılmaqlarından, onun üçün bağışlanma diləməklərindən, ona və evinə xeyir-dua verməklərindən və şeytanın pisliyini ondan dəf etməklərindən məhrum olunmaqla cəzalandırılır.

Hədisin faydalarından

  1. Ov, mal-qara və ya əkin üçün olan it istisna olmaqla, it saxlamaq haramdır.
  2. Şəkil saxlamaq mələklərin nifrət etdiyi pis əməllərdəndir və it məsələsində olduğu kimi, şəkillərin də müəyyən bir məkanda olması, oranın rəhmətdən məhrum olmasına səbəbdir.
  3. İçərisində it və ya şəkil olan evə girməyən mələklər rəhmət mələkləridir, lakin qoruyucu mələklər və ölüm mələyi kimi müəyyən bir vəzifəsi olan digər mələklər isə hər evə daxil olurlar.
  4. Ruhu olan canlıların şəkillərini divarlardan və başqa yerlərdən asmağın qadağan olması.
  5. Xəttabi demişdir: "Mələklər yalnız, saxlanması haram olan it və şəkillərin olduğu evə girməzlər. Lakin ov, əkin və ya mal-qara üçün saxlanılan it, eləcə də xalça, yastıq və s. kimi yerlərdə tapdanan və istifadə olunan (hörmət edilməyən) şəkillər bu hökmə daxil deyil, mələklərin belə evlərə girməsinə mane olmaz”.

Tərcümələrə baxmaq

53 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية